21,3 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » “Gənc Əkinçi” Akademiyasının növbəti mərhələsi başladı - FOTO


“Gənc Əkinçi” Akademiyasının növbəti mərhələsi başladı - FOTO

01.06.2018 21:03
admin

"İrəli" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə "Gənc Əkinçi" Akademiyasının 3-cü mərhələsinə start verib.

Milli.Az xəbər verir ki, Quba rayonunda həyata keçirilən layihənin açılış mərasimində "Gənc Əkinçi" Akademiyasının təqdimatı baş tutub. Daha sonra jurnalistlərin peşəkarlaşması istiqamətində jurnalistikaya dair fərqli mövzularda təlimlər keçirilib. Peşəkar ekspertlər tərəfindən keçirilən təlimlər layihəyə qatılan gənc jurnalistlərə gələcək fəaliyyətlərində böyük tövhə və təkan verəcək.

"Gənc Əkinçi" Akademiyasının məqsədi virtual məkanda  ölkə maraqlarının qorunması prosesinə gənc jurnalistlərin, sosial şəbəkə istifadəçilərinin, kütləvi informasiya agentliklərinin cəlb edilməsi, onlar arasında əlaqələrin möhkəmlənməsi, internet üzərində mövcud informasiya bazasının genişləndirilməsinə nail olmaqdır.

Təşkilatın mətbuat xidmətindən bildirilib ki, bu cür mötəbər tədbirlərin gənc jurnalistlərin həyat və yaradıcılığında böyük rol oynayacağına inanaraq "İrəli" İctimai Birliyi artıq 3-cü dəfədir ki, "Gənc Əkinçi" Akademiyasını həyata keçirir. Təşkilatın əsas məqsədi  odur ki, jurnalistlər peşəkarlıqlarına peşəkarlıq qatıb nəinki azərbaycanda, ölkə hüdudlarından kənarda da öz sözünü deyən KİV nümayəndələrinə çevrilsinlər və sağlam rəqabət aparma bacarığına sahib olsunlar.

Azərbaycanda gedən sürətli inkişaf prosesini işıqlandıran KİV nümayəndələri demək olar ki, dünyanın qabaqcıl KİV nümayəndələrindən heç də geri qalmır.

Qeyd edək ki,  "İrəli" İctimai Birliyi tərəfindən gənc jurnalistlərin iştirakı ilə həyata keçirilən yay və qış məktəbləri öz uğurlu nəticələri ilə hər zaman diqqət çəkib. "İrəli" İB tərəfindən gənc jurnalistlərin iştirakı ilə həyata keçirilən "Gənc Əkinçi" Akademiyası yay və qış məktəbləri öz uğurlu nəticələri ilə hər zaman diqqət çəkib. 2015-ci ildə İsmayıllı rayonunda baş tutan layihənin davamı olaraq 2017-ci ildə Quba rayonunda layihə yenidən baş tutub. Akademiyanın əsas hədəflərindən biri milli mətbuatımızın ilk nümunəsi olan tarixi "Əkinçi" qəzetinin gənclər arasında təbliğidir. 2015-ci ilin iyul ayının 22-də, Milli Mətbuat Günündə "Gənc Əkinçi" qəzetinin 4000 tirajda ilk nömrəsi çapdan çıxıb və bu reallaşıb.

Birliyin mətbuat xidmətindən bildirilib ki, Akademiya çərçivəsində peşəkarlar tərəfindən keçiriləcək təlim və seminarlar, eyni zamanda praktiki məşğələlər, simuliyasiya oyunları gənc jurnalistlər üçün yeni stimul yaradacaq.

Zərif Nisə

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *