21,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » Paytaxt küçələrində yeni panduslar quraşdırılacaq - FOTO


Paytaxt küçələrində yeni panduslar quraşdırılacaq - FOTO

01.06.2018 21:15
admin

Paytaxt küçələrində yeni panduslar quraşdırılacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki,  bu yay cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılanan pandusların quraşdırılması işləri də davam etdiriləcək.

O bildirib ki, pandusların tikintisi Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən mühüm sosial əhəmiyyət kəsb edən layihənin bir hissəsidir: "Dövlət başçısının əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına xüsusi diqqət və qayğısının göstəricisi olan bu layihənin icrası Bakı Nəqliyyat Agentliyinə həvalə edilib. Bu layihə həm də şəhərin nəqliyyat imicinin əhəmiyyətli dərəcədə dəyişdirilməsi baxımından önəm kəsb edir. 2017-ci ilin dekabrından reallaşdırılan layihə çərçivəsində artıq paytaxtın əksər küçə və prospektlərində panduslar təşkil edilib, səkilərdə piyada keçidlərindən istifadəni stimullaşdıracaq dəmir məhəccərlər quraşdırılıb".

M.Ağayev qeyd edib ki, Bakı Nəqliyyat Agentliyinin prioritet layihələrindən biri də orta məktəblərin ətrafında hərəkətin təhlükəsizliyinin təşkil edilməsi ilə bağlıdır: "Bu çərçivədə Təhsil Nazirliyi ilə Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri birgə pilot layihə hazırlayıb. Layihə 189-190 saylı məktəblərin ətrafında yol hərəkəti təhlükəsizliyinin artırılmasını nəzərdə tutur. Artıq yekunlaşmaqda olan işlər çərçivəsində məktəblərin ətrafında təhlükəsizliyin artırılması məqsədilə sürət hədləri endirilib, sürət məhdudlaşdırıcı sədlər yerləşdirilib, yerdə xüsusi nişanlanmalar tətbiq edilib, məhəccərlər və panduslar təşkil edilib".

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *