21,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,71 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,27 AZN

описание


» » Bakının yeni Baş Planı hazırlanır - VİDEO


Bakının yeni Baş Planı hazırlanır - VİDEO

01.06.2018 22:10
admin

Bakı Şəhərinin Baş Planının hazırlanması işləri davam etdiriləcək. Milli.Az bildirir ki, 2011-2016-cı illər ərzində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə "Böyük Bakının Regional İnkişaf Planı" və onun əsasında "Bakı Şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı"nın layihəsi hazırlanıb.

"Bakı Şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı" Bakının Baş Planı kimi təqdim edilsə də, onun aidiyyəti üzrə razılaşdırılması tamamlanmamış, sənəd nazirlər kabineti tərəfindən təsdiq edilməyib. Baş planın əsas şəhərsalma sənədi olduğunu və paytaxtın sistemli və davamlı inkişafı üçün strateji əhəmiyyət daşıdığını nəzərə alaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi başlanılmış işlərin sona çatdırılmasına xüsusi önəm verir.

Bakının Baş Planının hazırlanması istiqamətində bu günədək görülmüş işlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən dərindən araşdırılaraq, hərtərəfli qiymətləndiriləcək. Bu qiymətləndirmə başa çatdıqdan sonra Bakı Şəhərinin Baş Planının Hazırlanması işləri davam etdiriləcək, həmin sənədin Azərbaycan Respublikasının şəhərsalma qanunvericiliyinin tələblərinə tam cavab verməsi və aparıcı dünya təcrübəsinə uyğunluğu təmin ediləcək. Bu prosesə yerli mütəxəssislərlə yanaşı nüfuzlu beynəlxalq ekspertlərin də cəlb olunması planlaşdırılır. Bakı şəhərinin Baş Planının hazırlanması işi tam həcmdə yekunlaşdıqdan sonra, sənəd aidiyyəti təşkilatlarla razılaşdırılacaq və təsdiq olunması üçün Nazirlər Kabinetinə təqdim olunacaq. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakının yeni Baş Planı hazırlanır

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *