21,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,71 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,27 AZN

описание


» » “Klassik musiqi inciləri” layihəsi çərçivəsində konsert keçirildi


“Klassik musiqi inciləri” layihəsi çərçivəsində konsert keçirildi

01.06.2018 19:18
admin

Mayın 31- də Beynəlxalq Muğam Mərkəzində  Beynəlxalq Muğam Mərkəzinin "Klassik musiqi inciləri" layihəsi çərçivəsində konsert keçirilib.

Mərkəzin səhnəsində layihə çərçivəsində ötən konsertdə rusiyalı skripkaçı Elina Drux möhtəşəm konsertlə çıxış etmişdi.

Konsertmeystr Arzu Səfərovanın müşayiəti ilə respublika və beynəlxalq müsabiqələr laureatı, prezident təqaüdçüləri Aytən İbrahimova ,Zərrin Əliyeva,  Əməkdar artistlər Təranə Əliyeva, Ələkbər Ələkbərov, ifaçılar - Aytən İbrahimova, Rövşən Qurbanov, Mehri Əsədullayeva, Fərid Quliyev çıxış ediblər.

Konsertdə Niyazinin,S.Rüstəmovun,T. Bakıxanovun, A.Rzayevin, S. Əliyevanın, H. Rzayevin, V. Adıgözəlovun, N. Əliverdibəyovun  əsərləri səslənib.

Beynəlxalq Muğam Mərkəzi bir sıra layihələr həyata keçirir ki, bunlardan da "Aşıq musiqisi axşamları","Sirlər xəzinəsi","Unudulmayanlar", "Yeni nəsil dəvət edir", "Dastanlar", "Muğamat var olan yerdə", "Muğam axşamları", "Vətənimdir Azərbaycan" adlı layihələri xüsusi ilə qeyd etmək lazımdır.

Qeyd edək ki, iyun ayında Bakı Summer Jazz day`s festivalına start verilir.

Beynəlxalq Muğam Mərkəzinin səhnəsində iyun ayının 4,5,7,8 - də  Bakı Summer Jazz day`s festivalı çərçivəsində möhtəşəm  konsertlər keçiriləcəkdir.

İyunun 4- də saat 20:30- da Beynəlxalq Muğam Mərkəzində caz dünyasında tanınmış truba ifaçılarından biri  Avishai  Cohen öz kvarteti ilə birlikdə çıxış edəcəkdir.

İyunun 5-də saat 21:30 -da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan pianoçusu Elçin Şirinov və Andras Des triosu birgə çıxış edəcəklər.

İyunun 7- də saat 20:30 -da Beynəlxalq Muğam Mərkəzində "Lenny Kravitz yupkada" kimi tanınan Amerikalı funk bass gitaraçı və müğənni Nikn West öz ansamblı ilə birlikdə çıxış edəcəkdir.

İyunun 8- də saat 20:30 - da Fransanın tanınmış musiqiçiləri Jacky Terrasson (piano) və Stephane Belmondo (Trumpet) dueti yeni TERRAMONDO (Mother) layihəsi ilə çıxış edəcəklər. 

Biletləri şəhərimizin kasslarından, "ASAN xidmət" mərkəzlərindən və İticket. Az saytından əldə etmək olar.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *