21,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » İnsan Ramazan ayında dözülməz ağrı hiss etsə, dərman içə bilərmi?


İnsan Ramazan ayında dözülməz ağrı hiss etsə, dərman içə bilərmi?

31.05.2018 23:10
admin

Allah-Taala xəstə olan və oruc tuta bilməyən şəxsləri orucdan azad edib. Onlar gələn Ramazana kimi sağalsalar, orucu qəza etməlidirlər. Əgər gələn Ramazana kimi sağalmasalar, oruc tutmadıqları hər gün üçün fəqirə 750 qram yemək verməlidirlər.

Milli.Az islam.az-a istinadən bildirir ki, amma bir şəxs Ramazandan əvvəl sağlamdırsa və oruc da tutursa, Ramazan ayı boyunca hər hansı səbəb üzündən dözülməz ağrı hiss edərsə, orucu pozmayan mümkün yolla ağrının qarşısını almağa çalışmalıdır. Məsələn, ağrıkəsici iynə vurdurmaq, sprey vurmaq və s. üsullardan istifadə etməlidir. Əgər bu yolların heç biri mümkün deyilsə və ya fayda vermirsə, ağrı dözülməz həddə çatmışsa, bu zaman ağrıkəsici dərmanı içə bilər. Amma bu zaman orucu pozulmuş sayılır və Ramazan ayı bitdikdən sonra həmin günün orucunu qəza etməli, fəqirə 750 qram yemək verməlidir.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *