21,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » Ramazan ayında səfərə çıxan şəxs...


Ramazan ayında səfərə çıxan şəxs...

31.05.2018 23:20
admin

Ramazan ayında səfərə çıxan şəxs səhər yuxudan durandan sonra yemək yeyibsə, düzgün edibmi?

Ramazan ayında şəriətdə nəzərdə tutulmuş müddət və məsafə həddində səfərə çıxan şəxs orucdan azaddır. Səfərdə olan insan oruc tutmamalı, vətənə qayıtdıqdan sonra həmin günün orucunu qəza etməlidir. İnsan zöhr vaxtından əvvəl səfərə çıxırsa, həmin günün orucunu pozmalıdır. Əgər zöhr vaxtından sonra səfərə çıxarsa, bu halda günün sonuna kimi orucunu tutmalıdır.

Milli.Az islam.az-a istinadən bildirir ki, orucdan azad olan şəxs də dərhal orucunu poza bilməz. Yəni zöhrdən əvvəl səfərə çıxacaq insan səhərdən yeyib-içə bilməz. O, səhərdən bəri orucu pozan əməllərə yol verməməildir. Səfər niyyəti ilə yola çıxdıqdan sonra şəriətdə nəzərdə tutulmuş tərəxxüs həddi deyilən məsafəyə çatdıqdan sonra orucunu poza bilər. Tərəxxüs həddinə çatmadan orucu pozmaq günahdır. Amma tərəxxüs həddinə çatan kimi dərhal orucu pozmaq vacib deyil, məğrib azanına kimi istədiyi zaman orucu pozmaqda azaddır.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *