21,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » "Aşıq musiqisi axşamları" konserti keçirildi - FOTO


"Aşıq musiqisi axşamları" konserti keçirildi - FOTO

31.05.2018 20:00
admin

Mayın 29- da Beynəlxalq Muğam Mərkəzində "Aşıq musiqisi axşamları" layihəsi çərçivəsində "Yeni səslər, qədim havalar" adlı konsert keçirilib.

Layihə Beynəlxalq Muğam Mərkəzinin təşəbbüsü ilə həyata keçirilir.

Bu ilin yanvar ayından başlayaraq Beynəlxalq Muğam Mərkəzində "Aşıq musiqisi axşamları" layihəsi çərçivəsində beş konsert keçirilmişdir. Yanvarın 12-də "Koroğluya qayıdaq", fevralın 16-da "Aşıq Ələsgərin saz-söz dünyası" martın 7-də "Zərif əllər,incə tellər", martın 28-də "Aşıq Şəmşir şeiri", aprelin 12-də "Yada salaq Aşıq Ədaləti" adlı tədbirlər keçirilib.

"Yeni səslər, qədim havalar" adlı konsertin məqsədi Azərbaycan aşıqlarının yeni nəslini, onun yaradıcı potensialını və səviyyəsini nümayiş etdirməkdir.

Konsertdə gənc və cavan ifaçılar Pərviz Cəfərov "Osmanlı divanisi", Ramin Qarayev "Təxmis", Samir Pənahov " Ruhani", Elçin Vəliyev " Misri", Neymət qrupu "Naxçıvani", Nicat Neymət " Yanıq Kərəmi", Əfsanə Kəriimova "Ağır şərili", Əli Zeynalabdinov " Dilqəmi", Familə Göyçəli "Qəhrəmani" və Misri qrupu "Kərəm gözəlləməsi"ni ifa ediblər.

Tədbirin ssenari müəllifi Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Sənubər Bağırovadır.

Layihənin informasiya dəstəyi "Mədəniyyət" kanalı, Azərbaycan Radiosu, Azərtac, "Baku" jurnalı, Trend.Az, Day.Az, Milli.Az heyata keçirir.

Qeyd edək ki, mayın 31- də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzinin " Klassik musiqi inciləri" layihəsi çərçivəsində növbəti konserti keçiriləcək.

Biletləri şəhərimizin kassalarından,"ASAN xidmət" mərkəzlərindən və İticket.az saytından əldə etmək olar.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *