6,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,96 AZN
10 RUB = 0,26 AZN

описание


» » Astarada mikroavtobus sürücülərinə qarşı dələduzluq - VİDEO


Astarada mikroavtobus sürücülərinə qarşı dələduzluq - VİDEO

29.05.2018 22:06
admin

Astarada mikroavtobus sürücülərinə qarşı dələduzluq edən şəxs saxlanılıb. Araşdırma zamanı , həmin şəxsindaha 2 nəfərlə əlbir olaraq narkotik satışı ilə də məşğul olduğu məlum olub.

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində mikroavtobus sürücülərinin etibarından sui istifadə edərək onların pulunu və mobil telefonlarını mənimsəyən, həmçinin bir evdən oğurluq edən Röyal Axundov saxlanılıb.

Rayon polisinə müraciət olunub ki, Röyal Axundov Bakı şəhərinə aparmaqdan ötrü sərnişin tapması adı ilə taksi sürücüsünüaldadaraq onun 150 manat pulunu alıb. O, daha bir sürücünü eyni yolla aldadaraq 50 manat pulunu və "Samsung" markalı mobil telefonunu mənimsəyib. Aparılan araşdırmalarla adıçəkilən şəxsin ümumilikdə 6 sürücünün dələduzluq yolu ilə pul və mobil telefonunu mənimsədiyi məlum olub.

Saxlanılan RöyalAxundovun üzərinə keçirilən baxış zamanı şəxsi istehlak miqdarından artıq çəkidə1.5 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Onun əlbir olduğu daha 2 nəfər saxlanılıb.

Faktla bağlı hər üç şəxs barəsindəcinayət işi başlanılıb istintaq aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Astarada mikroavtobus sürücülərinə qarşı dələduzluq

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *