26,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » Ötən gün Salyanda dəfn olunan qadın


Ötən gün Salyanda dəfn olunan qadın

26.05.2018 20:27
admin

Ötən gün Salyan şəhər qəbristanlığında dəfn olunan yerli sakin İsgəndərova Kifayət Xəyyam qızının (30-35 yaş) Bakı şəhərində həyat yoldaşı tərəfindən qətlə yetirildiyi məlum olub.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, ötən gün Xəzər rayonunun Zuğulba qəsəbəsində ailəsi ilə birgə kirayədə yaşayan Salyan şəhər sakini Yusifov Anar Urfulla oğlu yaxınlarına zəng vuraraq, həyat yoldaşı Kifayət İsgəndərovanın xəstəlikdən dünyasını dəyişdiyini bildirib.

K.İsgəndərova ağır qan xəstəliyindən əziyyət çəkdiyi üçün yaxınları buna inanaraq, mərhum qadının cənazəsini Salyana gətirərək dəfn ediblər.

Amma Xəzər və Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının çevikliyi sayəsində qadının əri tərəfindən qətlə yetirildiyi məlum olub.

A.Yusifov həyat yoldaşını boğaraq qətlə yetirib.

Hadisə zamanı ailənin iki əkiz azyaşlı qız övladının məktəbdə olduğu deyilir.

Ailə 10 ildən artıq imiş ki, Bakı şəhərində kirayədə yaşayırmış. A.Yusifov Zuğulbadakı restoranların birində ofisiant işləyirmiş. Hadisəni törətməkdə şübhəli bilinən Anar Yusifov Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, istintaqa təhvil verilib. Faktla bağlı Xəzər Rayon prokurorluğunda cinayət işi qaldırılıb,araşdırma aparılır.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Июнь 2018    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930