22,5 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,27 AZN

описание


» » Dövlət Komitəsində vəzifə verilən telejurnalist: İTV ilə əməkdaşlıq bitmir


Dövlət Komitəsində vəzifə verilən telejurnalist: İTV ilə əməkdaşlıq bitmir

17.05.2018 18:32
admin

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi vəzifəsinə təyin olunan İctimai Televiziyanın şöbə müdiri və aparıcısı Vəsilə Vahidqızı bununla əlaqədar Facebook sosial şəbəkəsindəki səhifəsində açıqlama verib.

Milli.Az xəbər verir ki, teleaparıcının sözlərinə görə, onun çalışdığı televiziya kanalı ilə əməkdaşlığı bundan sonra da davam edəcək: "Salam, əziz dostlar. Yeni işə keçməyimlə bağlı məlumatı yayan bütün media orqanlarına və məni təbrik edən bütün insanlara sonsuz təşəkkürümü çatdırıram. Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə minnətdaram ki, bu məsuliyyətli işi mənə həvalə ediblər.

İctimai Televiziyaya, orada çiyin-çiyinə çalışdığım insanlara borcluyam ki, təcrübə qazanmağımda payları oldu. Bu illər ərzində ictimai yayımçının funksiyalarının yerinə yetirilməsi, onun xarakterinə uyğun proqramların hazırlanması üçün əlimdən gələni etməyə çalışdım. İTV ilə əməkdaşlıq bitmir, davam edəcək. Hamımızın yolu açıq olsun".

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin yaydığı məlumatda bildirilir ki, qurum İTV ilə birgə ixtisaslaşmış televiziya proqramını tamaşaçılara təqdim etməyi planlaşdırır. Bu layihə çərçivəsində Vəsilə Vahidqızı İTV ilə əməkdaşlığını davam etdirəcək.

Yusif Nəsirli

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *