8,5 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » Orfoqrafiya Komissiyasının sədr müavini: "Yeni orfoqrafiya qaydaları ilə bağlı yekun qərar..."


Orfoqrafiya Komissiyasının sədr müavini: "Yeni orfoqrafiya qaydaları ilə bağlı yekun qərar..."

17.04.2018 10:15
admin

Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları ilə bağlı Orfoqrafiya Komissiyasının yekun qərarı təsdiqlənməsi üçün yaxın bir ay ərzində Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti adından Nazirlər Kabinetinə təqdim ediləcək.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, AMEA Orfoqrafiya Komissiyasının sədr müavini, akademik İsa Həbibbəyli deyib.

İ.Həbibbəylinin sözlərinə görə, Azərbaycan dilinin orfoqrafiya qaydalarının hazırlanması üzrə Dilçilik İnstitutu ilə Orfoqrafiya Komissiyasının birgə yaratdığı işçi qrup fəaliyyətini yekunlaşdırmaq üzrədir. İşçi qrup bu layihə ilə bağlı cəmiyyətdə, dövrü mətbuatda səslənən fikir və ideyaları sistemləşdirək hesabatlar hazırlayıb. İşçi qrupun gələn həftənin əvvəlində keçirilməsi gözlənilən iclasında bu hesabatlar müzakirə ediləcək. İşçi qrupun müzakirəsindən sonra təkmilləşdiriləcək yekun sənədlər gələn həftə Orfoqrafiya Komissiyasına təqdim ediləcək:

"Yekun sənədlər Orfqorafiya Komissiyasına müzakirə üçün verilir. Orfoqrafiya Komissiyasında ölkəmizin tanınmış dilçi alimləri, mütəxəssislər təmsil olunur. Onlar bu sənədlərlə tanış olduqdan sonra öz fikirlərini bildirəcəklər. Ola bilsin ki, Orfoqrafiya Komissiyasının iclası bir deyil, bir necə dəfə keçirilsin. Çünki bu, çox əhəmiyyətli bir məsələdir".

Qeyd edək ki, AMEA Orfoqrafiya Komissiyası və Dilçilik İnstitutu tərəfindən 69 maddədən ibarət olan "Azərbaycan dilinin orfoqrafiya qaydaları" layihəsi hazırlanıb. Layihə əvvəlcə geniş müzakirə üçün ictimaiyyətə təqdim olunub. Bu layihənin müzakirəyə verilməsinin məqsədi ictimaiyyəti yeni qaydalarla tanış etmək, ona münasibətini bildirmək üçün şərait yaratmaq, nəticədə layihə ilə bağlı fikirləri sonda nəzərə almaq olub.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *