20,3 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » Ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş müsabiqənin açılışı olub


Ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş müsabiqənin açılışı olub

16.04.2018 18:25
admin

Aprelin 16-da Beynəlxalq Muğam Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileynə həsr edilmiş III Respublika müsabiqəsinə start verildi. Müsabiqə müxtəlif ixtisaslar üzrə üç yaş qrupunu əhatə edir,uşaqlar bütün respublika üzrə seçilir, müsabiqə isə   iki mərhələdə keçirilir.

Müsabiqə Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və Bülbül adına Orta ixtisas Musiqi Məktəbinin təşkilatçılığı ilə həyata keçirilir.

Müsabiqə çərçivəsində şagird və ifaçıların Heydər Əliyevin 95 illik yubileyinə həsr edilmiş "Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti" adlı elmi-praktik konfrans keçiriləcək.

Müsabiqənin ilk günündə xalq artisti, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin direktoru Teymur Göyçayev qeyd etdi ki,bu müsabiqə ümummilli liderimiz Heydər Əliyevin anandan olmasının 95- ci il dönümü münasibətilə respublika orta ixtisas musiqi və musiqi incəsənət məktəblərinin şagird və tələbərinin musiqi sahəsindəki isdedalarını üzə çıxarmaq və inkişaf etdirmək məqsədilə həyata keçirilir.Müsabiqə aşağıdakı kateqoriyalar üzrə keçirilir: fortepiano ifası, simli musiqi alətlərində ifa, xalq çalğı alətləri və vokal ifaçılığı (klassik və xanəndə), musiqisünaslıq . Konkursun münsiflər heyətində  Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Milli Konservatoriyanın və Bülbül adına Orta ixtisas Musiqi Məktəbinin müəllimləri təmsil olunur. 

Sonra Təhsil  Nazirliyinin uşaq və gənclərin yaradıcılığı sektorunun müdiri Ayla Həsənova müsabiqədə iştirak edən bütün şagirdlərə təşəkkürünü bildirdi və uğurlar arzuladı.

Müsabiqədə respublikanın  regionlarından musiqi və musiqi incəsənət məktəblərinin 600-dən çox şağirdləri iştirak edir. Müsabiqəyə mayın 3-də yekun vurulacaqdır.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *