20,3 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » İsa Həbibbəyli: "Bu qanun layihəsi artıq hazırdır, plenar iclasa təqdim ediləcək"


İsa Həbibbəyli: "Bu qanun layihəsi artıq hazırdır, plenar iclasa təqdim ediləcək"

16.04.2018 15:57
admin

Milli Məclisin Elm və təhsil komitəsi "Peşə təhsili haqqında" qanun layhəsinin III oxunuşda müzakirəsi üçün parlamentin plenar iclasında təqim etməyi nəzərdə tutur.

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, layihənin II oxunuşu üçün müzakirələr zamanı bəzi mübahisəli məsələlər üzrə araşdırmalar aparılıb və onun əsasında yekun sənəd hazırlanıb.

Sənəd MM-in Elm və təhsil komitəsində müzakirə edildikdən sonra təkmilləşdirilərək plenar iclasa təqdim ediləcək.

İ.Həbibbəyli qeyd edib ki, "Peşə təhsili haqqında" qanun layihəsi 4 dəfə Elm və təhsil komitəsində, 2 dəfə MM-in plenar iclasında müzakirə edilib:

"Bu layihə üzərində aylarla iş aparmışıq. II oxunuşdan sonra layihə üzərində apardığımız iş isə yalnız təkmilləşdirmə ilə bağlı olub. Burada bəzi məqamlar dəqiqləşdirilib, oxşar məqamlar sistemləşdirilib, ümumilikdə layihə hüquqi cəhətdən daha dəqiq ifadə edilib. Hesab edirəm ki, bu layihə Azərbaycanda peşə təhsilinin inkişafına stimul verə biləcək".

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *