20,5 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » Azərbaycanda ilk müziklin premyerası anşlaqla keçdi - FOTO


Azərbaycanda ilk müziklin premyerası anşlaqla keçdi - FOTO

16.04.2018 15:59
admin

Aprelin 15-də Heydər Əliyev sarayında "Ələddin" adlı ilk uşaq müziklinin premyerası anşlaqla keçdi

Azərbaycan Televiziyasının Mədəniyyət kanalı ilə Heydər Əliyev sarayının birgə layihəsi olan bu layihə Mədəniyyət və Turizm Nazirliyin dəstəyi ilə həyata keçdi.

Uğurun səbəblərindən biri - uşaqdan böyüyə qədər hər kəsin yaxşı tanıdığı "Ələddin və sehrli çıraq" nağılına tam fərqli, dəyişik bir yanaşmadır. Milli alətlərlə aranjiman olunmuş bənzərsiz musiqi, incə yumor, şən rəqslər, zəngin dekorasiyalar, ən əsası isə, aktyorların məharətli oyunu səhnədə tam başqa bir aləm yaratdı, tamaşaçıları sehrli nağılın gerçək olduğuna inandırdı.

Uğurun digər səbəbi- müzikldə ən çox sevilən estrada ulduzları və populyar aktyorların iştirakıdır. Ələddin rolunda Zamiq Hüseynov, Yasəmən rolunda Emiliya Yaqubova (birinci seansda)  və Sevda Yahyayeva (ikinci seansda), digər rollarda - Azərbaycan Respublikasının Əməkdar artisti Ələkbər Əliyev, Hüseyn Abdullayev, Nicat Cəfərzadə, Hüseyn Əlili və Tofiq Hacıyev tamaşaçıların ürəklərini fəth edən unudulmaz obrazlar yaratdılar.

Qeyd edək ki, müziklın quruluşçu-rejissoru - Azərbaycan Respublikasının Əməkdar artisti İnarə Babayeva, rəssamı Fərid Nəcəfli, musiqi redaktoru Emin Həsənov, redaktoru Leyla Qədirzadə, xormeysteri Şəhla Ələkbərova, baletmeysterləri Vahid Səlimov və Rasita Əliyevadır.

Xüsusi qeyd etmək lazımdır ki, tamaşaya müxtəlif müəssisə və təşkilatlardan, o cümlədən "İnayət" Əlillərə Yardım Assosiasiyası, "Ümid işığı", "Beynəlxalq Əlillər cəmiyyəti, Yasamal rayonu Əlillər cəmiyyəti, 11 saylı xüsusi təhsil mərkəzi və s. mərkəzlərdən 1200 nəfər kimsəsiz və əlil uşaq dəvət olunmuş, müzikli maraqla izləmişdilər.

Şübhəsiz ki, ilk müzikl bu sahədə yeni layihələrə yol açacaq.                    

İnformasiya dəstəyi- Trend.az, Day.az, Milli.az

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *