30,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,27 AZN

описание


» » Yuxarı qalxan 3 dua


Yuxarı qalxan 3 dua

13.03.2018 21:50
admin

Həzrət Peyğəmbər (s) buyurur: "Şəkk yoxdur ki, üç dəstənin duası yerinə yetər: məzlumun duası, müsafirin duası və atanın övladının əleyhinə etdiyi dua".

Amma bəs niyə ata övladının əleyhinə dua edər?

Bir ömür onu əziyyətlə böyüdür, oxudur, yedizdirir, geyindirir və onun xoş günlərinə şərik olur, qəmgin günlərində həmdəmi olur. Bəs niyə ata övladının əleyhinə dua edir?

Dinimizdə ağvalideyn deyilən bir məfhum vardır ki, kəbirə günahlardan hesab olunur.

İbni Abbas belə bir hədis nəql edir: "Cəhənnəm atəşinin üzərində yeddi körpü vardır. Bəndələr bu körpülərin üzərindən keçərlər. Yeddinci körpü valideyn haqqıdır. Əgər bu körpüdən keçə bilsələr, nicat taparlar və behiştə gedərlər. Əks halda cəhənnəm atəşinə atılarlar".

Bəs ağvalideyn olmaq nədir?

Həzrət Peyğəmbərə (s) sual verirlər ki, ağvalideyn olmaq nədir? Həzrət (s) buyurur: "O zaman ki, valideyn övladına göstəriş verər, ancaq o, itaət etməz. O zaman ki, valideyn övladından xahiş edər, ancaq o, onları istəklərinə çatmaqdan məhrum edər. O zaman ki, övladlardan biri valideynlərini görər, ancaq onlara layiqli şəkildə təzim etməz".

Əmirəl-möminin (ə) buyurur: "Valideynin haqqını zay etmək - ağvalideyn olmaq hesab olunur".

Həzrət Əli (ə) başqa yerdə buyurur: "İlahi təqvaya riayət edin. Valideynlərinizə itaətsizlik etməyin. Həqiqətən onların razı olması - Allahın razı olması deməkdir. Onların narazı olması Allahın narazı olması deməkdir".

Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, öz valideynini narazı edər - həqiqətən o, Allahı narazı etmiş olar. O kəs ki valideynini qəzəbləndirər - həqiqətən o, Allahı qəzəbləndirmiş olar". (Tebyan)

Ağvalideyn olmaqdan ciddi şəkildə çəkinmək lazımdır, çünki atanın övladının əleyhinə etdiyi dua - o dualardandır ki, heç bir pərdə və maneə olmadan birbaşa Allaha çatar və Allah da onu yerinə yetirər.

Allah hamının aqibətini xeyirli etsin.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *