29,3 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,71 AZN
1 EUR = 2,01 AZN
10 RUB = 0,27 AZN

описание


» » Alimlər elmi kadrların hazırlanması prosesinə daha aktiv cəlb edilməlidir -


Alimlər elmi kadrların hazırlanması prosesinə daha aktiv cəlb edilməlidir -

13.02.2018 21:47
admin

Əhəmiyyətli elmi uğurlar qazanmış alimlərin elmi-tədqiqat işlərinə, elmi kadrların hazırlanması prosesinə daha aktiv cəlb edilməsi vacibdir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə deyib.

O, bu məqsədlə AMEA-nın elmi bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar da verib.

Akademik qeyd edib ki, dərslik və dərs vəsaitlərinin mükəmməlliyi, elmi biliklərin tədris ədəbiyyatında lazımi şəkildə yer alması üçün Akademiyanın alim və mütəxəssislərinin gələcəkdə də bu istiqamətdə fəaliyyət göstərməsi olduqca vacibdir.

A.Əlizadə çıxış edərək, Akademiyanın elm və təhsilin inteqrasiyası istiqamətində aktiv çalışdığını və bunun göstəricisi olaraq, AMEA-nın institutlarında müxtəlif universitetlərin 16 baza kafedrasının fəaliyyət göstərdiyini bildirib. Qeyd edib ki, hazırda Akademiyanın elmi müəssisələrində təşkil olunan təcrübə mərkəzlərində ali təhsil müəssisələrinin tələbələri yüksək səviyyədə praktiki biliklər əldə edirlər. AMEA prezidenti gələcəkdə elmi müəssisələrdə baza kafedralarının sayının artırılması və onların fəaliyyətinə dair normativ hüquqi bazanın yaradılması barədə tapşırıq verib.

AMEA rəhbəri ötən il yüksək elmi nailiyyətlər əldə etmiş bir qrup alimə "AMEA-nın professoru" elmi adının verildiyini söyləyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Май 2018    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031