25,7 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,1 AZN
10 RUB = 0,3 AZN

описание


» » Yalandan uşağının xəstə olduğunu deyən qadından dələduzluq


Yalandan uşağının xəstə olduğunu deyən qadından dələduzluq

22.01.2018 19:18
admin

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sahilə Atamovaya hökm oxunub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynov icraatında olan prosesdə məhkəmənin hökmü ilə S.Atamova 9 il müddətinə azadlıqdan məhrum edilib.

Belə ki, 2011-ci ildə zərərçəkmiş Zəfər Quliyevin evindən 75 min manatlıq qızıl oğurlanıb. 5 il sonra oğrular müəyyən edilib - Z.Quliyevin arvadı Elnurə və onun rəfiqəsi Sahilə Atamova. Araşdırma zamanı məlum olub ki, S.Atamova tanışı Elnurəyə ailə üzvlərinin yaxın günlərdə öləcəyini, "xram" adlanan ruh vasitəsilə bu bədbəxt hadisənin qarşısını ala biləcəyini deyib. Əvəzində isə ondan qızılları istəyib. Razılaşmaya görə Elnurə evin qapısını açıq qoyaraq çıxıb, "xram" isə məsələni həll edib, yəni S.Atamova evdən qızılları götürərək çıxıb. Elnurə Əhmədova daha sonra bacısının evini sataraq pulu Sahiləyə verib.

S.Atamova isə özünü təqsirli bilməyərək deyib ki, xəstə olduğu üçün E.Əhmədova onun müalicəsinə kömək etmək üçün bu pulları özü verib.

S.Atamovanın digər qurbanı isə Feysbukda tanış olduğu Tural Həsənov olub. Onunla görüşdə uşağının xəstə olduğunu deyərək 14 min dollar alıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *