29,7 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,28 AZN

описание


» » Zığ və Abşeronda sürüşmə sahələri yenə aktivləşdi -


Zığ və Abşeronda sürüşmə sahələri yenə aktivləşdi -

22.01.2018 17:36
admin

"Bakının Xətai rayonundakı Zığ sürüşmə sahəsində, Abşeron rayonunun "Nübar" qəsəbəsində ("At yalı" adlanan yaşayış massivi), Masazır qəsəbəsindəki "Zəli gölü" və "Qır gölü" adlanan ərazilərdə sürüşmə prosesinin dinamikasında aktivləşmə müşahidə edilir".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

Onun sözlərinə görə, sürüşmə sahəsindəki çatların parametrləri artıb: "Adları sadalanan bütün bu yerlərdə sürüşmə aktiv fazadadır. Prosesin dinamikası aktivləşdiyindən çatların uzunluğu və eni artıb. Çatlarda 1-2 sm genişlənmə var".

R.Həsənov qeyd edib ki, Bakının Binəqədi rayonunun, Sabunçu rayonunun Maştağa qəsəbəsinin bəzi ərazilərində, Savalan qəsəbəsində, Yeni Ramana qəsəbəsindəki "Şuşa şəhərciyi"ndə və Abşeron rayonunun Masazır qəsəbəsində Mirzə İbrahimov küçəsi boyunca subasma hadisələrində akltivlik müşahidə edilib:

"Burada atmosfer yağıntılarının təsirindən qrunt sularının qalxması nəticəsində əraziləri su basıb".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *