7,8 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,71 AZN
1 EUR = 2,1 AZN
10 RUB = 0,28 AZN

описание


» » Bakıda bələdiyyənin qarajı uçub, bir nəfər ağır xəsarət alıb - VİDEO


Bakıda bələdiyyənin qarajı uçub, bir nəfər ağır xəsarət alıb - VİDEO

13.01.2018 20:22
admin

Bakıda bələdiyəyə məxsus qarjın hasarı uçub, nəticədəbir nəfər ağır xəsarətlər alıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, hadisə bir neçə gün əvvəl paytaxtın Binəqədi rayonu, Teymur Yaqubov küçəsi döngə 1 ünvanında baş verib. Güclü külək nəticəsində Binəqədi rayon bələdiyyəsinə məxsus qarajın hasarı uçaraq yaxınlıqdan keçən 26 yaşlı Əhməd Əliyevin üzərinə aşıb.
Daşların arasında sıxışıb qalan Əhməd Əliyevi yaxınlıqdakı evlərin sakinləri xilas ediblər.
Yaralı təcili tibbi yardım avtomobili ilə 1 saylı şəhər xəstəxanasına aparılıb. Burada isə onun onurğası və qolunun sındığı, ayaqlarından isə ciddi xəsarət aldığı məlum olub.
Hadisənin şahidi Əhməd Əhmədzadə deyir ki, həmin qarajın hasarının qəzalı vəziyyətdə olması ilə bağlı Binəqədi bələddiyyəsinə dəfələrlə müraciət etmələrinə baxmayaraq, problem aradan qaldırılmayıb. Nəticədə də belə bir hadisə yaşanıb.
Hadisədən bir neçə gün keçəndən sonra bələdiyyənin nümayəndələri əraziyə gələrək uçan asarı bərpa ediblər.
Həkimlər Əhməd Əliyevin onurğasında sınıqlar olduğu üçün hələ bir neçə ay yataq rejimində qalacağını bildiriblər.
Faktla bağlı xəstənin yaxınları Binəqədi rayon polis idarəsinə və prokurorluğuna müraciət ediblər. Hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda bələdiyyənin qarajı uçub, bir nəfər ağır xəsarət alıb

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *