İmam Əli Həzrət Məhdinin qeybinin qəmini belə çəkirdi

Əsbəğ ibni Nəbatə nəql edir: "Bir gün İmam Əlinin (ə) hüzuruna getmişdim. Həzrət (ə) dərin fikrə getmişdi və əlində çubuq ilə torpağı tərpədirdi.
Dedim: "Ya Əmirəl-möminin! Görürəm ki, fikrə getmisən və torpağı tədqiq edirsən. Ona rəğbətin yaranıbdır?".
Milli.Az deyerler.org-a istinadən bildirir ki, Həzrət (ə) buyurdu: "Xeyr, Allaha and olsun ki, bir gün belə dünyaya rəğbətim olmamışdır və olmur da. Dünyaya gələcək insan haqqında düşünürəm ki, mənim on bir nəslimdə aşkar olacaqdır. Adı Məhdidir (ə.f).
Yer üzü zülmə bürünəndən sonra ədalətlə dolduracaqdır. Onun məsələsi heyrətləndiricidir. Bir müddət qeyb olacaqdır. Bu səbəbdən bir dəstə ona görə yolunu azacaqdır, bir dəstə isə hidayət olacaqdır".
Dedim: "Ya Əmirəl-möminin! Həqiqətən də bu hadisə baş verəcəkdirmi?".
Həzrət (ə) buyurdu: "Bəli, elə ki, o, xəlq olacaqdır, bu hadisə baş verəcəkdir. Sən nə bilirsən, ey Əsbəğ! Onlar bu ümmətin seçilmişləridirlər".
Soruşdum: "Bəs ondan sonra nə olacaqdır?".
Buyurdu: "Allah hər nəyi istəsə, yerinə yetirəcəkdir, çünki Allah Təalanın hər bir şeydə iradəsi, qəsdi və hədəfi vardır". (Həvzəh)
Allahım, o Həzrətin (ə.f) zühürunu təcil et!
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Mənbə: milli.az
-
Dsquared2 Potion edp M
105 AZN
-
Авто брелок
27 AZN
-
AKA Deri 115-1
61 AZN
-
Tergan 3303 Lacivert
79 AZN
-
Подарочный пакет Burberry
3 AZN
-
Сувенир 0535
19 AZN
-
D&G Pour Femme Intense edp L
91 AZN
-
Montale Aoud Amber Rose edp L
140 AZN
-
Rasasi Rumz al Rasasi 9325 Pour Elle edp 50ml
101 AZN
-
комплект из серебра 10/03
60 AZN







