11,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,08 AZN
10 RUB = 0,3 AZN

описание


» » Əsl insan haqqında hekayə


Əsl insan haqqında hekayə

13.01.2018 21:55
admin

Yeni il ərəfəsində anamın köhnə məktublarını qarışdırarkən, onun mənə daha əvvəl nəql etdiyi bir xatirə yenidən yaddaşımda canlandı. Bu xatirə dünyada indiyə qədər tanıdığım ən xeyirxah və əsl insan haqqında idi.

Mən anamın yeganə övladı idim. O, gec ərə getmişdi və yaşı keçdiyi üçün həkimlər ona doğmağı qadağan etmişdilər. Anam isə həkimlərin sözünə qulaq asmamış və hər cür riski gözə alaraq, mənə hamilə qalmışdı. Hamiləliyi cəmi 6 ay çəkdi və bu müddətdən sonra mən dünyaya gəldim.

Ailəmdə arzu olunan uşaq oldum: nənəmin və babamın, atamın, hətta ögey bacımın mənim üçün ürəkləri gedirdi. Anam isə öz yeganə övladının üzərinə toz qondurmurdu.

Anamın işi çox tez başlayırdı və hər səhər iş öncəsi məni Timiryazov Akademiyasının yaxınlığında yerləşən "Dubki" adlı uşaq baxçasına aparmalı idi. İşə gecikməmək üçün o, səhər ilk reysə çıxan avtobus və ya tramvaydan istifadə edirdi. Adətən bu avtobusları eyni sürücülər idarə edirdilər. Mən anamla birlikdə tramvaydan düşürdüm, o məni uşaq baxçasının kiçik qapısına qədər gədər gətirir, tərbiyəçiyə təhvil verir və yenidən tramvay dayanacağına qaçardı... növbəti tramvayı gözləmək üçün.

Bir neçə dəfə işə gecikdiyi üçün ona ciddi xəbərdarlıq edildi. Anamın işləməyi ailəmiz üçün çox vacib idi. Çünki, atamın aylıq qazancı xərclərimizə çatmırdı və biz başqaları kimi çox sadə və təvazökar həyat yaşamağa məhkum idik. Anam bu vəziyyətdən çıxış yolu tapdı: canını dişinə tutaraq, könülsüz də olsa məni, üç yaşlı körpəni dayanacaqda tək buraxırdı və ümid edirdi ki, mən özüm baxçanın qapısına qədər gəlib çatacağam.

İlk dəfədən bizdə hər şey alındı, baxmayaraq ki, bu ilk saniyələr onun üçün həyatının ən uzun və qorxunc anları idi. O, yarıboş tramvayın içərisində ora-bura vurnuxur və məni görməyə çalışırdı. Görmək istəyirdi ki, qalın kürk və şərfə bürünmüş mən körpə baxçanın qapısından içəri girdim, ya yox...

Milli.Az coaching.az-a istinadən bildirir ki,  bir neçə dəfədən sonra anam hiss etdi ki, tramvay dayanacaqdan çox yavaş-yavaş aralanmağa başlayır və sürəti ancaq mən baxçanın qapısından içəri girdikdən sonra yığır. Bu minvalla üç il keçdi. Anam bu qanunauyğunluğu anlaya bilmirdi. Ancaq, əsas olan oydu ki, onun qəlbi mənim üçün artıq sakit idi.

Bu məsələyə illər sonra aydınlıq gəldi. Məktəbə gedən vaxtlarım idi. Anamla birlikdə onun işinə gedirdik və birdən tramvayın qadın sürücüsü mənə səsləndi:

- Ey, balaca, salam! Gör necə də böyümüsən! Xatırlayırsanmı, ananla birlikdə səni baxçanın qapısına qədər necə ötürürdük?

Bu hadisənin üzərindən çox illər keçib. Ancaq, mən hər zaman "Dubki" dayanacağının yanından keçərkən həyatımın bu anlarını yenidən xatırlayır və hər dəfə qəlbimə bu qadının xeyirxahlığının istiliyi dolur. O, hər gün, qətiyyən hər hansı mənfəət güdmədən xeyirxah iş görürdü - bütöv bir tramvayı anamın, tanımadığı bir insanın rahatlığı üçün bir qədər ləngidirdi...

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *