5,8 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,11 AZN
10 RUB = 0,28 AZN

описание


» » Suyun ortasında olan qəbir - Əbəlfəzl hərəmi


Suyun ortasında olan qəbir - Əbəlfəzl hərəmi

13.01.2018 22:10
admin

74 yaşlı Şeyx Abbas, Həzrət Əbülfəzl-Abbas (ə) hərəminin 36 il xadimi olmuşdur. O, Həzrətin (ə) suyun ortasında yerləşən qəbri barəsində deyir: "Əvvəllər qəbrin kənarında iki bulaq var idi ki, 400 il əvvəldən burada qaynayırdı. Bir tərəfdən daxil olur və o biri tərəfdən xaric olurdu. Həmin suyun dadı çox şirin və ləziz idi.

Hərəmin pilləkəni var idi. İnsanlar gələrdilər və həmin sudan təbərrük kimi istifadə edərdilər. Həmin su yay fəslində soyuq, qış fəslində isti olardı.
 
Ancaq dindən-imandan bixəbər bir nəfər gəldi və Həzrətin (ə) hərəmində deşik əmələ gəldiyini bəhanə edərək, suyu təcrübə edəcəyini bildirdi. Bu zaman həmin iki bulağın gözünü bağladı. Hər nə qədər çalışdılarsa, onu yenidən bərpa edə bilmədilər.
 
İki ay keçəndən sonra su yenidən yuxarı qalxdı və hərəmə çatdı. Bu su kor gözlərə şəfa verməyə başladı. 50 ildir ki, həmin suyun səviyyəsi sabit halda qalmaqdadır. Ondan hər nə qədər istifadə olunsa da nə azalır, nə də çoxalır.
 
Siz yaxşı bilirsiniz ki, əgər su bir yerdə on gün qalarsa, iylənməyə başlayar. Ancaq bu su, çıxış qapısının bağlı olmasına baxmayaraq, yenə də təzə və ətirli halda qalmaqdadır.
 
Bu su qəbirdən bir metr yuxarıda qərar tutur. Ancaq heç bir zaman qəbrin daxilinə nüfuz etməmişdir. Mən bunun dəfələrlə şahidi olmuşam və gözlərimlə görmüşəm ki, hərəmə daxil olan kor insanlar gözlərinə bu suyu toxunduran zaman görməyə başlamışdılar. Dəri və xərçəng xəstələri bu sudan istifadə edərək şəfa tapmışdılar.
 
Məgər Əbülfəzl-Abbasın rəhmət dənizi sona çatarmı? İndi hərəmin Sahibəz-Zaman (ə.f) qapısında kiçik pəncərə vardır və əgər onu iyləsəniz, həmin suyun iyini hiss edərsiniz. Çox təəssüf ki, həmin suya giriş yolunu artıq zəvvarlar üçün bağlayıblar". (Tebyan)
 
Alllah Təala bizləri Həzrət Abbasın (ə) ziyarətindən və şəfaətindən binəsib etməsin.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Апрель 2018    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30