19,8 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,26 AZN

описание


» » "Nazpəri Dostəliyevanın 3 milyonluq evi yazırlar, camaat da gəlib girir evimə" - FOTO


"Nazpəri Dostəliyevanın 3 milyonluq evi yazırlar, camaat da gəlib girir evimə" - FOTO

13.01.2018 14:10
admin

Dünən "Sayqa ilə bu axşam" verilişində qonaq olan Nazpəri Dostəliyeva maraqlı açıqlamalar edib.

Verilişin aparıcısı "Oğurluq zamanı çox ziyan dəymişdi?" sualı ilə xalq artistinə müraciət edib.

Milli.Az Nazpəri Dostəliyevanın cavabını təqdim edir:

"Söhbət ziyandan getmir. Mənim ünvanıma gələn, mənim qapımı açan hər kimdirsə, məni hər zaman bu maraqlandırıb. Hələ ki, elə bir adam da yoxdur. Sadəcə, professional uşaqlardır. Elə bax "Nazpəri Dostəliyevanın 3 milyonluq evi" yazırlar. Belə olur. Camaat da ünvanımı axtarıb tapıb, gəlib girirlər evimə". 

Xatırladaq ki, 19 avqust 2017-ci il tarixində naməlum şəxs və ya şəxslər Bakı şəhəri Nərimanov rayonunda yaşayan Nazpəri Dostəliyevanın mənzilinə açarseçmə üsulu ilə qanunsuz daxil olaraq içərisindən külli miqdarda qızıl-zinət əşyaları və pul olan dəmir seyf oğurlayıblar. Polis əməkdaşları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət hadisəsinin Sumqayıt şəhər sakinləri əvvəllər məhkum olunmuş Ruslan Verdiyev, Yunis Hüseynli Asif Həmidov tərəfindən törədildiyi məlum olub.

Avqustun 28-də isə cinayətkar qruplaşmanın daha iki mümkün üzvü - Sumqayıt sakinləri, 1986-cı il təvəllüdlü Cavid Əliyev, 1990-cı il təvəllüdlü Natiq Fərəcov müəyyən ediliblər. Dəstə üzvləri seyfin içindən götürülən pulu və qızıl-zinət əşyaların satışından əldə olunan maddi vəsaiti öz aralarında bölüblər. Həmçinin, müəyyən edilib ki, həmin şəxslər seyfi bir gün sonra Sumqayıt şəhəri ərazisindən keçən kanala atıblar. Baxış zamanı seyf qeyd edilən həmin kanaldan aşkar olunaraq götürülüb.

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *