5,8 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,11 AZN
10 RUB = 0,28 AZN

описание


» » "İbad Hüseynov Milli Qəhrəman kimi təqdim edilməyib" -


"İbad Hüseynov Milli Qəhrəman kimi təqdim edilməyib" -

12.01.2018 18:57
admin

İbad Hüseynovun Milli Qəhrəman kimi təqdim edilməsi mexaniki səhv olub və dərhal düzəldilib.

Milli.Az xəbər verir ki, bunu teleqraf.com-a açıqlamasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) mətbuat xidmətinin rəhbəri Nəcibə Mirzəyeva deyib.

Onun sözlərinə görə, İbad Hüseynov universitetin tələbəsi olub: "Qarabağ döyüşlərində xidmətlərini nəzərə alaraq AzMİU-nun rektoru Gülçöhrə Məmmədova onu 2012-ci ildə təhsil aldığı fakültənin döş nişanı ilə təltif edib. Sənəddə onun Milli Qəhrəman kimi təqdim olunması mexaniki səhv olduğu üçün dərhal düzəldilib və İbad Hüseynova təqdim olunub".

Nəcibə Mirzəyevanın sözlərinə görə, 5 ildən sonra bu məsələnin gündəmə gətirilməsi göstərir ki, bunda maraqlı tərəflər var:

"İbad Hüseynovu Milli Qəhrəman kimi cəmiyyətə tanıtmaq istəyən qüvvələr və ya AzMİU rektorunun işgüzar imicinə xələl gətirmək istəyən insanlar bu məsələdən yararlanmağa çalışırlar".

Qeyd edək ki, mediada Gülçöhrə Məmmədovanın Qarabağ müharibəsinin iştirakçısı olmuş İbad Hüseynovu "Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri" fakültəsinin fəxri döş nişanı ilə təltif etdiyi və vəsiqədə onun Milli Qəhrəman kimi təqdim olunduğu ilə bağlı xəbərlər yayılıb.

Məsələ sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Апрель 2018    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30