11,7 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,96 AZN
10 RUB = 0,26 AZN

описание


» » Son 26 ildə Azərbaycanda yüksək temperatur qeydə alınan bölgələr


Son 26 ildə Azərbaycanda yüksək temperatur qeydə alınan bölgələr

12.01.2018 14:07
admin

1991-ci ildən sonra Azərbaycanın bütün ərazilərində havanın temperaturunun yüksəlməsi müşahidə edilsə də, bu artma daha çox Bakıda və Aran rayonlarında qeydə alınıb.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

M.Həsənov əlavə edib ki, 1991-ci ildən 2015-ci ilədək Mərkəzi Aran zonasında - Mingəçevir, Göyçay, Yevlax, Zərdab, Kürdəmir, Saatlı, Sabirabad, Salyan, Neftcalada orta çoxillik temperatur 15,2 dərəcə ilə 15,7 dərəcə arasında dəyişib: "1960-cı ilə qədər olan dövrdə isə adları qeyd edilən ərazidə orta çoxillik temperatur 14,2-14,5 dərəcə olub".

İnstitutun direktor müavini qeyd edib ki, Bakıda 1960-cı ilə qədər olan orta çoxillik temperatur 14,4 dərəcə idi: "Ancaq 1991-ci ildən 2015-ci ilədək olan dövrdə orta çoxillik temperatur 15 dərəcə olub ki, bu da normadan yüksəkdir. İndi sadalanan ərazilərdə temperaturun yüksəlməsi müşahidə edilir. Lakin temperaturun yüksəlməsi Azərbaycanın digər ərazilərində də qeydə alınıb. Digər ərazilərdə temperatur 0,4-0,6 dərəcə artıb".

Ümumilikdə, 1991-ci ildən sonra respublikanın bütün yerlərində temperaturun yüksəlməsinin müşahidə edildiyini deyən M.Həsənov əlavə edib ki, Azərbaycanın dağlıq ərazilərində - Böyük Qafqazın cənub və şimal-şərq yamacı, Kiçik Qafqazda, Naxçıvan Muxtar Respublikasında temperatur 0,4-06 dərəcə arasında artıb.

Bunu böyük göstərici sayan M.Həsənov qeyd edib ki, son dövrlərdə ən isti illər - 2006, 2010, 2012, 2014, 2015-ci illər olub: "Qeyd edilən illərdə havanın orta illik temperaturu digər illərlə müqayisədə ayrı-ayrı stansiyalar üzrə 1-1,5 dərəcə çox olub".

Bunu böyük göstərici sayan M.Həsənov deyib ki, 1991-ci ildən sonra ölkədə yağıntıların miqdarında da azalma qeydə alınıb: "1991-2015-ci illər ərzində Azərbaycanda yağıntıların miqdarı (1960-cı ilədək olan dövrlə müqayisədə) təxminən 8-9 faiz azalıb".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *