11,5 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,96 AZN
10 RUB = 0,26 AZN

описание


» » Sübh namazından sonra edilən sınanmış 3 dua


Sübh namazından sonra edilən sınanmış 3 dua

11.01.2018 23:10
admin

Şeyx Nuri nəql edir: "Molla Muhəmməd Sadiq İraqi çox çətin bir vəziyyətə düşmüşdü və çox pərişan idi. Bir gecə yuxuda görür ki, bir vadidə böyük bir xeymə qurulmuşdur ki, qübbəsi vardır. Soruşur ki, bu xeymə kimindir? Deyirlər ki, Həzrət Qaim Məhdinindir (ə.f).

Milli.Az deyerler.org-a istinadən bildirir ki, ona görə də sürətlə xeyməyə tərəf tələsir və öz çətinliyindən Həzrətə (ə.f) bəhs edir. Əziz İmamdan (ə.f) bu çətinliyinin aradan qalxması üçün dua istəyir.
İmam (ə.f) başqa bir xeyməni əli ilə işarə edir.

Alim İmamın (ə.f) xeyməsindən çıxır və işarə etdiyi həmin xeyməyə gedir. Görür ki, bu xeymə Hacı Molla Fətəli Muhəmməd Sultanabadinin xeyməsidir. Görür ki, o, səccadənin üzərində əyləşib dua etməklə məşğuldur. Axund Seyyidə salam verir və öz əhvalatını ona danışır. Seyyid də onun halının yaxşı olması üçün ona 3 dua öyrədir.

Alim yuxudan ayılır və bu dualar da yadında olur. Axund Seyyidin xidmətinə gedir və onu yuxuda gördüyü halda müşahidə edir. Salam verir və Seyyid də cavabını alır. Sanki olanlardan xəbəri var idi. Ondan çətinliyini aradan aparmaq üçün dua istəyir və o da yuxuda təlim verdiyi duaları ona öyrədir.

Axund həmin 3 duanı deyir və çətinlikləri bir-bir həll olmağa başlayır.

Seyyidin Axunda təlim verdiyi 3 dua bunlar idi:

1. Fəcrdən sonra əlini sinəsinə qoyub 70 dəfə desin: "Ya Fəttah".

2. Peyğəmbərin (s) səhabələrindən birinə təlim verdiyi bu duanı demək:

لا حَوْلَ وَ لا قُوَّةَ إِلا بِاللَّهِ تَوَكَّلْتُ عَلَى
الْحَيِّ الَّذِي لا يَمُوتُ وَ الْحَمْدُ لِلَّهِ الَّذِي لَمْ
يَتَّخِذْ وَلَدا وَ لَمْ يَكُنْ لَهُ شَرِيكٌ فِي الْمُلْكِ وَ لَمْ
يَكُنْ لَهُ وَلِيٌّ مِنَ الذُّلِّ وَ كَبِّرْهُ تَكْبِيرا

3. Sübh namazından sonra bu duanı oxumaq:
بِسْمِ اللَّهِ وَ صَلَّى اللَّهُ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَ أُفَوِّضُ
أَمْرِي إِلَى اللَّهِ إِنَّ اللَّهَ بَصِيرٌ بِالْعِبَادِ فَوَقَاهُ
اللَّهُ سَيِّئَاتِ مَا مَكَرُوا لا إِلَهَ إِلا أَنْتَ سُبْحَانَكَ
إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ فَاسْتَجَبْنَا لَهُ وَ نَجَّيْنَاهُ
مِنَ الْغَمِّ وَ كَذَلِكَ نُنْجِي الْمُؤْمِنِينَ حَسْبُنَا اللَّهُ وَ
نِعْمَ الْوَكِيلُ فَانْقَلَبُوا بِنِعْمَةٍ مِنَ اللَّهِ وَ فَضْلٍ لَمْ
يَمْسَسْهُمْ سُوءٌ مَا شَاءَ اللَّهُ لا حَوْلَ وَ لا قُوَّةَ إِلا
بِاللَّهِ مَا شَاءَ اللَّهُ لا مَا شَاءَ النَّاسُ مَا شَاءَ اللَّهُ وَ
إِنْ كَرِهَ النَّاسُ حَسْبِيَ الرَّبُّ مِنَ الْمَرْبُوبِينَ حَسْبِيَ
الْخَالِقُ مِنَ الْمَخْلُوقِينَ حَسْبِيَ الرَّازِقُ مِنَ
الْمَرْزُوقِينَ حَسْبِيَ اللَّهُ رَبُّ الْعَالَمِينَ حَسْبِي مَنْ هُوَ
حَسْبِي حَسْبِي مَنْ لَمْ يَزَلْ حَسْبِي حَسْبِي مَنْ كَانَ مُذْ
كُنْتُ لَمْ يَزَلْ حَسْبِي حَسْبِيَ اللَّهُ لا إِلَهَ إِلا هُوَ
عَلَيْهِ تَوَكَّلْتُ وَ هُوَ رَبُّ الْعَرْشِ الْعَظِيمِ

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *