12 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,96 AZN
10 RUB = 0,26 AZN

описание


» » "Burnumu qırıb zirzəmiyə saldı" - Qadını ölümcül döyüb qızıllarını apardılar - YENİLƏNİB


"Burnumu qırıb zirzəmiyə saldı" - Qadını ölümcül döyüb qızıllarını apardılar - YENİLƏNİB

11.01.2018 15:44
admin

15:44

Gədəbəy şəhərində yaşayan 59 yaşlı Rahilə İbrahimova evinə gələrkən xoşagəlməz sürprizlə qarşılaşıb.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, əvvəldən tanıdığı şəxs evinə gizlin girərək onun gəlməsini gözləyib. İbrahimova qapıdan keçən an boynundan yapışaraq ona hədə-qorxu gəlib.

Rahilə İbrahimova - Zərərçəkən: "Dedim ki, istəyirsən malımı apar, məni burax yazığam. Xəstə uşağım var içəridə. Dedi ki, səni bəlkə içərdəki uşağa görə bağışladım. Yıxdı məni vurdu, burnumu qırdı. Sonra da əlimdəki qızılları aldı. Məni də "padval"a salıb dedi ki, kompot gətir. Dedi ki, 5 dəqiqə çıxsan ordan səni vuracam. Əlində bıçaq var idi".

Yaralı halda evinə girən qadın mənzilinin alt-üst olduğunu görüb və qonşuları köməyə çağırıb.

Rahilə İbrahimova - Zərərçəkən: "Yuxarı çıxanda gördüm ki, bütün evi dağıdıb. Birtəhər qonşuya getdim. Polis gəldi sonra. 1 kilodan artıq qızılımı apardı".

Rahilə İbrahimovanın sözlərinə görə, həmin şəxsi müştərisi olan başqa bir adam vasitəsilə tanıyıb. Müxtəlif bədən xəsarətləri alan qadın Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağırdır.

Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır.

---------

09:39

Gədəbəydə döyülmə faktı qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Gədəbəy şəhərində yaşayan 1959-cu il təvəllüdlü İbrahimova Rahilə Tapdıq qızı yaşadığı evdə naməlum şəxslər tərəfindən döyülüb. Müxtəlif bədən xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, R. İbrahimova rayonda qızıl-zinət əşyalarının satışı ilə məşğul olur. Gecə saatlarında naməlum şəxslər onun yaşadığı evə daxil olaraq qadını döyüb, evdə olan təxminən 40 min manat dəyərində olan qızıl zinət-əşyalarını aparıblar.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *