15 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,26 AZN

описание


» » Azərbaycanda bəzi hotellər müştərilərdən hələ də nikah şəhadətnaməsi tələb edir


Azərbaycanda bəzi hotellər müştərilərdən hələ də nikah şəhadətnaməsi tələb edir

10.01.2018 20:47
admin

Bakıda artıq belə hal qeydə alınmasa da, bölgələrdə bir neçə hotel hələ də yerləşdirmə üçün birlikdə müraciət edən, Azərbaycan vətəndaşları olan kişi və qadından nikah şəhadətnaməsi tələb edir.

Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, əcnəbi müştərilərdən isə həmin hotellər nikah haqqında şəhadətnamə tələb etmirlər:

"Hotellərin nikah kağızı tələb etməsi qanuna ziddir. Çünki şəxsiyyəti təsdiq edən sənəd təqdim edildiyi halda, hotel müştərini qəbul etməlidir. Əgər hotel şəxsiyyət vəsiqəsini qəbul etmirsə, ilk növbədə Azərbaycan vətəndaşına qarşı və ölkə tərəfindən tanınan şəxsiyyət vəsiqəsinə hörmətsizlik edir".

Belə halların İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyasına zidd olduğunu deyən N.Bağırov qeyd edib ki, hotelə getdiyi zaman nikah şəhadətnaməsi tələb olunan şəxslər hüquqlarını qorumaq üçün məhkəməyə müraciət etməlidirlər:

"Əvvəllər şikayət ərizəsi ilə Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmək olardı. Hazırda turizm fəaliyyəti üçün lisenziyanın verilməsi ləğv edildiyindən bu sahəyə nəzarət etmək mümkün olmur. Ona görə də belə hallarla rastlaşan şəxslər yalnız məhkəmələrə müraciət edə bilərlər. Hər bir vətəndaşın hüququ var ki, məhkəməyə müraciət etməklə öz haqqını qorusun".

Türkiyədə halal standartı ilə fəaliyyət göstərən hotellərin olduğunu və oraya yalnız nikahda olan şəxslərin yerləşdirilməsinə icazənin verildiyini deyən N.Bağırov qeyd edib ki, belə hotellər halal standartı ilə bağlı digər tələblərə də riayət edirlər:

"Əgər hotel sırf bu tələblərə riayət edərək fəaliyyət göstərirsə, buna etirazımız yoxdur. Ancaq hotel buna əməl etməyib bircə nikah kağızını tələb edirsə, bu, hörmətsizlikdir. Hotel nikah kağızının təqdim edilməsi tələbini həm yerli, həm də əcnəbi vətəndaşa şamil etməlidir və onlayn bronlaşdırma zamanı da belə bir şərtin olduğunu ayrıca olaraq, göstərməlidir".

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *