15,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,08 AZN
10 RUB = 0,3 AZN

описание


» » Necati Şaşmazın "anası": "Oğlum ekstrimli həyat yaşayır, onu pis işlərdən uzaqlaşdırmaq istəyirəm" - FOTO


Necati Şaşmazın "anası": "Oğlum ekstrimli həyat yaşayır, onu pis işlərdən uzaqlaşdırmaq istəyirəm" - FOTO

10.01.2018 21:03
admin

Məşhur türk aktrisası Serpil Tamurun Milli.Az-a müsahibəsi.

- Serpil xanım, aylar öncə Bakımızın qonağı oldunuz. Bildiyim qədərilə Bakıya gəlmək sizin ən böyük arzunuz olub. Azərbaycanı sizin üçün bu qədər özəl edən nədir?

- Azərbaycanda qonaq olduğuma görə inanılmaz dərəcədə çox xoşbəxt idim. Həmişə deyirdim ki, Bakıya gələcəyəm, amma nəsib olmurdu. Sözsüz ki, mənim Bakıya gəlişimə Məlahət Abbasova vəsilə oldu. Mən illər öncə Türkiyədə Azərbaycan kanallarından birinə müsahibə verirdim. Müsahibədə bildirmişdim ki, Azərbaycanda olmaq mənim ən böyük arzumdur. Məlahət xanım məhz mənim bu müsahibəmdən sonra "Məlahətli söhbətlər" verilişini yaratmaq qərarına gəldi. Azərbaycanı mənim üçün özəl edən başlıca xüsusiyyət mədəniyyətlərimizin bir olmasıdır.

- Azərbaycana gəlməzdən öncə ölkəmiz haqqında məlumatınız var idi?

- Bəli, əlbəttə! Sizə bir sirr açım. Mən bir çox azəri mahnılarını bilirəm, hətta sizin ustad sənətkarınız Alim Qasımovu da tanıyırdım. Türkiyəyə qayıdanda onun disklərini ölkəmizə gətirdim. Əgər Məlahət xanımın verilişinə baxmışdınızsa "Yalqızam yalqız" mahnısını ifa etmişdim.

- Sizi nəinki Azərbaycanda, Türkiyədə də "Kurtlar vadisi" serialından "Nazifə ana" kimi sevib-tanıdılar. Bu rola qədər sevilən rollarınız olmamışdı?

- Mən bir dəfə teatrdakı tamaşamla Anadolu bölgəsinə qastrol səfərinə getmişdim. Hamı gəlib əlimi öpürdü ki, Poladın anası, bizim anamızdır. Siz təsəvvür etməzsiniz bu necə gözəl bir duyğu idi. Mən çox filmə çəkilmişəm, amma bu serialın yeri tam başqadır. 12 il sərasər mən bu serialda çəkildim. Serialın bitməsinə baxmayaraq hələ də ondan danışırlar.

- Necati Şaşmazla çalışmaq necə bir hiss idi?

- Mən həm Necatini, həm də "Kurtlar vadisi" serialının bütün yaradıcı kollektivini çox sevirəm. Serialda çəkiləndə elə hiss edirdim ki, Necati oğlumdur. Münasibətlərimiz sırf ana-bala münasibəti idi.

- Necati də bir çox məşhurlar kimi, yəqin ki, kaprizlidir. Onun nə kimi kaprizlərini gördünüz?

- Biz 12 il birlikdə çəkilmişik. Kollektivdə çalışanların mənə qarşı kaprizi oldu, amma Necatinin heç vaxt kapriz etdiyini görmədim. Necati çox gözəl ailə tərbiyəsi alıb, davamlı çalışqan biridir. Ona çox böyük hörmətim var.

- Polad kimi bir oğul istərdinizmi?

- Mənim iki qızım var, öz qızlarımın da normal həyat yaşamalarını istəyirəm. Poladın - yəni Necatinin yaşadığı həyat ekstrimli bir həyatdır. Düzdür, hər kəs istədiyi həyatı yaşamalıdır. Necatinin arzusu o həyatı yaşamaqdırsa, ona yalnız anlayış göstərərəm. Əgər həyatda belə bir oğlum olsaydı, onu evləndirib, pis işlərdən uzaqlaşdırardım.

- Uzun illərdir teatrda çalışırsınız, heç bir vaxt da teatr fəaliyyətinizə fasilə vermədiniz. Teatrı sizə bu qədər sevdirən nədir?

- Mən 13 yaşımda uşaq teatrı ilə fəaliyyətə başladım və konservatoriya ilə fəaliyətimə davam etdim. Daha sonra dövlət teatrına daxil oldum. Orada 47 il çalışdım, təqaüdə çıxdım. Amma buna baxmayaraq yenə də teatrda fəaliyyətimə son qoymamışam, hələ də teatrda çalışıram. Teatr mənim yaşam tərzimdir, səhnə mənim yaşadığım yerdir. Teatr mənim ən özəl və xoşbəxt olduğum yerdir.

- Siz həm də rejissorsunuz. Bu istək sizdə hardandır?

- Bəli, rejissorluq da etmişəm. Çox sevirəm rejissorluğu. İndiyə qədər 5 tamaşa səhnələşdirmişəm. Mən bu sənətin müəllimliyini də, aktyorluğunu da, rejissoruluğunu da çox sevirəm.

- Gənclərlə çalışmaq rahatdır?

- Bəli, çox rahatdır, mən onları çox sevirəm. Bizim teatrın gənc aktyorları çox özəl seçilib. Onlar çox məsuliyyətli gənclərdir. Teatrımızın gələcəyi etibarlı əllərdədir.

Əli Rəhimoğlu
Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *