14,3 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,26 AZN

описание


» » Avtobusla piyadanı vurub öldürən sürücü tutuldu - VİDEO


Avtobusla piyadanı vurub öldürən sürücü tutuldu - VİDEO

10.01.2018 21:41
admin

Ötən il sərnişin avtobusu ilə piyadanı vurub qaçan sürücü saxlanılıb.

Milli.Az bildirir ki, piyadanın ölümü ilə nəticələnən hadisə ötən ilin dekabrın 30-da gecə saatlarında paytaxtın Qaradağ rayonunda baş verib. Polisə məlumat daxil olub ki, Lökbatan-Xocahəsən yolunda Bakı şəhər sakini Qiyas Abbasovu naməlum avtomobil vurub. Hadisə yerinə gələn polis müəyyən edib ki, piyada elə hadisə yerindəcə ölüb.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən 206 saylı xətt marşrutu ilə hərəkət edən sərnişin avtobusunun sürücüsü Əlipənah Mehrəliyev saxlanılıb.

Qeyd edək ki, hadisədən sonra sürücü izi itirmək məqsədi ilə avtobusun qırılan alın şüşəsini və nəqliyyat vasitəsinin qabaq işıqlarını təmir etdirmək istəyən zaman polislər tərəfindən tutulub.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Avtobusla piyadanı vurub öldürən sürücü tutuldu

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *