7,8 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,71 AZN
1 EUR = 2,1 AZN
10 RUB = 0,28 AZN

описание


» » “Bu əlimlə minlərlə hədisi qələmə almışam...”


“Bu əlimlə minlərlə hədisi qələmə almışam...”

09.01.2018 22:45
admin

"Məfatih əl-cinan" kitabını yəqin ki, çoxumuz tanıyır. O, müsəlmanların böyük bir hissəsinin az qala stolüstü kitabına çevrilib. "Məfatih əl-cinan" kitabında əsas etibarilə ən fərqli dünya və axirət istəklərindən ötrü oxunması və ya yazılıb üstündə gəzdirilməsi tövsiyə edilən dualar toplanıb.

Eləcə də, bu kitabda ziyarətnamə mətnlərinə yer ayrılıb. Bir çoxları kitab müəllifinin məhz dua üzrə mütəxəssis olduğunu düşünsələr də, əslində bu toplu böyük hədis alimi tərəfindən qələmə alınmışdır. Söhbət XX əsrin ən məşhur və məhsuldar ruhani müəlliflərindən olan Şeyx Abbas Qumidən gedir.

Milli.Az islam.az-a istinadən bildirir ki, ömrünü hədislərin tədqiqinə və müqəddəslərin həyatının təsvirinə həsr etmiş Şeyx Abbas Qumi (1877-1941) mənbələrdə "xatəm əl-mühəddisin" (hədis alimləri-nin möhrü) kimi xatırlanır. "Məfatih əl-cinan"la yanaşı, onun "Səfinət əl-Bihar", "Beyt əl-əhzan", "Müntəha-l-amal", "əl-Küna və-l-əlqab" kitabları da böyük elmi əhəmiyyətə malikdir.

Şeyx Abbas Qumi tez-tez müqəddəslərə təvəssül edirdi. O, məsumların məzarına, eləcə də, məsumların hədisləri toplanmış kitablara təbərrük kimi müraciət etməyi xoşlayırdı. Ümumiyyətlə, keçmiş alimlərin də həyatında təbərrük və təvəssül hallarına sıx-sıx rast gəlmək mümkündür. Şeyx Abbas Quminin özü XVIII əsrdə yaşamış görkəmli cəfəri alimi Seyyid Nemətullah Cəzairinin həyat tarixçəsini şərh edərkən yazırdı: "Cəzairi elm qazanmaq yolunda çox zəhmətlər çəkmiş, çətinliklər görmüşdür. Təhsil dövrünün əvvəllərində çıraq almağa imkanı olmadığından Ay işığında kitab oxuyurdu. Ay işığında mütaliə etməkdən, eləcə də, çox yazıb-oxumaqdan gözləri zəifləmişdi. O, gözlərinin nurunu atırmaq üçün Şəhidlər Sərvərinin (yəni İmam Hüseyn əleyhissalamın) müqəddəs türbətini və İraq diyarında dəfn edilmiş imamların məzarının torpağını gözlərinə sürtmüş, həmin türbətlərin bərəkətindən gözləri sağalmışdı".

Mərhum Şeyx Abbas Qumi bunu qeyd etdikdən sonra yazır: "Bu həqirin gözü çox yazmaqdan zəifləyəndə imamların məzarının torpağından, bəzən isə hədis və əxbar kitablarına toxunmaqdan təbərrük məqsədilə yardım istəyir. Allaha həmd olsun ki, gözlərim son dərəcə sağlamdır. İnşallah, ümid edirəm ki, dünya və axirətdə gözlərim onların bərəkətindən işıqlı olar" (Şeyx Abbas Qumi. Əl-Fəvaid əl-Rezəviyyə, 2-ci cild, səh. 1060).

Şeyx Abbas Quminin oğlu xatırlayırdı ki, alim ölümündən təxminən iki il əvvəl səhər yuxudan oyananda göz ağrısından şikayət etdi. Belə ki, hətta ağrıdan oxuyub-yaza bilmirdi. Bu vəziyyətdən çox narahat idi, düşünürdü ki, hansısa günahına görə Əhli-beyt (ə) onu bu yolla özündən uzaqlaşdırıb. Çünki o, həyatının mənasını elmi fəaliyyətdə və Peyğəmbər Əhli-beytinin (ə) irsinin təbliğinə xidmət etməkdə görürdü. Bu imkandan məhrum olmaq onun üçün ölümə bərabər bir cəza idi.

Alimin oğlu deyir ki, o zamanlar tələbə idim. Günorta dərsdən qayıdanda gördüm ki, atam yazı yazmaqla məş¬ğuldur. Soruşdum: "Məgər səhər gözləriniz ağrımırdı?" Cavab verdi: "Ağrı tam keçib-getdi". Necə müalicə etdiyini soruşdum, dedi: "Dəstəmaz alıb üzü qibləyə sarı oturdum, "Kafi" kitabını götürüb gözlərimə sürtdüm, ağrı yox oldu". Bu hadisədən sonra Şeyx Abbas Qumi bir daha göz ağrısı hiss etmədi (Rza Ustadi. Simaye-fərzanegan, səh. 185-186).

Bir gün Şeyx Abbas Quminin üç yaşlı oğlu xəstələnir. Həkim uşaq üçün məhlul dərman hazırlayıb gətirir. Dərman acı olduğundan içinə bir az şəkər qarışdırmaq lazım gəlir. Şeyx Abbas şəkəri dərman qabının içinə tökür və barmağı ilə məhlulu qarışdırmağa başlayır. Xanımı ona deyir: "Bir dəqiqə gözləyin, indi qaşıq gətirərəm". Şeyx cavab verir: "Qəsdən şəfa məqsədilə belə etdim. Axı bu əlimlə indiyə kimi pak imamlardan (ə) minlərlə hədis yazmışam".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *