7,8 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,71 AZN
1 EUR = 2,1 AZN
10 RUB = 0,28 AZN

описание


» » İlahi sünnətin neçə növü var?


İlahi sünnətin neçə növü var?

09.01.2018 23:10
admin

Nəhcül-bəlağə" kitabı İlahi sünnəti iki hissəyə bölür: dünyaya aid olan sünnətlər, axirətə aid olan sünnətlər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, dünyaya aid olan sünnətləri də iki hissəyə bölmək olar:

  • biri - ümumi dünya sünnətləridir;
  • biri isə insanların rəftarından asılı olan sünnətlərdir.

Ümumi dünya sünnətlərini də üç hissəyə bölürlər:

1. Varlıq aləminin hər bir yerində hakim olan ümumi sünnətlər.

2. İnsanların arasında hakim olan ümumi sünnətlər.

3. Fərdə hakim olan ümumi sünnətlər.

Ümumi sünnətin ikinci hissəsini də beş hissəyə bölürlər:

1. Peyğəmbərlər (ə) tərəfindən olan hidayət sünnəti.

2. Peyğəmbərlərin (ə) dəvəti üçün zəminə hazırlayan bəlalar sünnəti.

3. Xeyir və şər vasitəsilə imtahan sünnəti.

4. Maddi və dünyavi nemətlərin azlığına düçar olmaq sünnəti.

5. İnsanlar arasında təbii fərqlər yaradaraq imtahan sünnəti.

Rəftardan asılı olan sünnətləri də üç hissəyə bölürlər:

1. Möminlərə və qeyri-möminlərə İlahi yardım sünnəti.

2. Haqq əhlinə məxsus olan sünnətlər.

3. Batil əhlinə məxsus olan sünnətlər.

Rəftardan asılı olan sünnətin ikinci hissəsinin özü də dörd hissəyə bölünür:

1. Mənəvi və axirət nemətlərinin çoxluq sünnəti.

2. İmanı zinətləndirmək sünnəti.

3. Maddi və dünyəvi nemətlərin çoxluğu sünnəti.

4. Düşmənlərə qələbə çalmaq sünnəti.

Batil əhlinə məxsus olan sünnətlər də yeddi hissəyə bölünür:

1. Zəlalətin çoxluğu sünnəti.

2. Əməlləri zinətləndirmək sünnəti.

3. İstidrac sünnəti.

4. Möhlət vermək sünnəti.

5. Düşmənlərə məğlub olmaq sünnəti.

6. Müsibətlərə düçar olmaq sünnəti.

7. Cinayətkarların hakim olmaq sünnəti.

İlahi sünnət dedikdə məqsəd o deyildir ki, həmin əməl birbaşa Allah tərəfindən nazil edilmişdir. Bəlkə mümkündür ki, müxtəlif vasitələr, o cümlədən təbii, adi, qeybi vasitələrin də təsiri olmuş olsun. Allah Təala bu sünnətləri ilə bizim İlahi və tövhidi baxış və meyillərimizi gücləndirər və təkmilləşdirər. Bizi axirət üçün hazırlayar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *