7,8 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,71 AZN
1 EUR = 2,1 AZN
10 RUB = 0,28 AZN

описание


» » Heç bu barədə düşünmüsünüzmü?


Heç bu barədə düşünmüsünüzmü?

09.01.2018 23:15
admin

Səhər evdən çıxanda köynəyinin yaxasını düymələyən zaman onu kimin açacağı barədə düşünmüsünüzmü? Bəlkə o düymələri mürdəşir açacaq? Diksinməyin. Qorxmaq da lazım deyil. Sadəcə reallıqdır.

Milli.Az islam.az-a istinadən bildirir ki, gündəlik həyatımızda bəzən o qədər başımızı dünya işlərinə qatırıq ki, bir an belə axirət yadımıza düşmür. Bəlkə də namaz vaxtı az da olsa axirəti xatırlayırıq. Amma...

"Ölüm qaş ilə göz arasındadır" deyib müdriklər. Bizim üçün isə qaşla göz arasındakı məsafə sanki Yer kürəsi ilə Günəş arasındakı məsafə qədərdir. Ölümü özümüzə yaxın buraxmamaq fikri bir çox yerlərdə özünü göstərir. Məsələn, vəfat edən adamın yanına cavan adamı buraxmamaq ənənəsi var. Sanki cavan heç bir zaman ölməyəcək. Yaxud bir çoxları ölüm haqqında danışanda diksinir, "söhbəti dəyiş" deyirlər. Amma hər gün çiyinlər üstündə gedən cənazələrə baxanda bir dəfə o tabutda özümümzün olacağını ağlımıza belə gətirmirik. Sanki həmişə başqaları öləcək.

"Qəfildən öldü", "Gözümüzün qabağında getdi", "20 dəqiqə əvvəl danışmışdıq" kimi sözləri eşidirk vəfat edən insanlar barəsində. Deməli, cənabi Əzrail (ə) heç kimə güzəşt etmir. Allahın əmri gələn zaman canımızı alır. Ancaq...

Ölümə hazırıqmı? Hər an ölə biləcəyimizi bilirikmi? Ölüm səfərinə tədarük görmüşükmü? Yol azuqəmiz hazırdırmı? Heç olmasa bu suallara cavab tapa bilərikmi? Mən hələ qəbirin ilk gecəsi olunacaq sorğu-sualdan, Qiyamət gününün imtahanından danışmıram.

"Ölüm həyatın sonu deyil, yeni bir başlanğıcdır" deyib müdrüklər. Bizim üçün isə həyat hər zaman başlaya bilər. Ana bətnində doğulmağına saatlar qalan uşaq kimi ölüm mələyi də bizə o qədər yaxındır. Bunun isə yaşı yoxdur. Odur ki, hərdən səhər evdən çıxanda paltarımızı geyinəndə onu kimin soyunduracağı barədə də düşünək...

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *