7,8 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,71 AZN
1 EUR = 2,1 AZN
10 RUB = 0,28 AZN

описание


» » Nəşə çəkib Bakı metrosunda qadınları soydular - FOTO


Nəşə çəkib Bakı metrosunda qadınları soydular - FOTO

09.01.2018 23:46
admin

Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə polis şöbəsinə müraciət edən Xırdalan şəhər sakini olan bir qadın mobil telefonunun oğurlandığını bildirib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, araşdırmalarla qadının "Samsunq Qalaksi S6" markalı telefonunun metronun "Elmlər Akademiyası" stansiyasında qatara minərkən gödəkçəsinin cibindən oğurlanması məlum olub.

Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları tərəfindən oğurluğun 3 nəfər tərəfindən törədilməsi müəyyən edilib. Görülmüş tədbirlərlə şübhəli şəxslər saxlanılıblar.

Onlar Elnur Hüseynov, əvvəllər məhkum olunmuşr Emil Məmmədov və Əli Həsənovdur. Saxlanılanlar bu əməli narkotikin təsiri altında etdiklərini və oğurladıqları həmin telefonu satdıqlarını etiraf ediblər.

Davam etdirilən əməliyyat tədbirləri ilə onların narkotik vasitəsi əldə etdikləri mənbə də qısa zamanda müəyyən edilib və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Zaur Əzizov da Metropolitendə polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Baxış zamanı onun üzərindən 10 bükümdə narkotik vasitə olan heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Onların digər cinayətlərdə iştirakının olub-olmaması da araşdırılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *