7,3 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,1 AZN
10 RUB = 0,28 AZN

описание


» » İxlasın 6 mərtəbəsi: şükür edənlərdən ariflərədək


İxlasın 6 mərtəbəsi: şükür edənlərdən ariflərədək

09.01.2018 21:50
admin

İxlasın bir neçə mərtəbəsi və dərəcəsi vardır ki, onlarla tanış olaq:

1. Şükür edənlərin mərtəbəsi. Şükür edənlər o kəslərdir ki, Allaha ibadət edərlər ki, verdiyi nemətlərin şükrünü yerinə yetirə bilsinlər. İmam Əlinin (ə) də buyurduğu kimi, bu ibadət - azadilərin ibadətidir.
 
2. Müqərriblərin mərtəbəsi. Müqərriblər o kəslərdir ki, Allaha yaxın olmaq üçün Ona pərəstiş edərlər. Bu insan öz nöqsanlarını aradan qaldırmağa çalışar ki, Allaha yaxın ola bilsin. Hədislərin də buyurduğu kimi, İlahi əxlaqa bürünməyə çalışar.
 
3. Həya əhlinin mərtəbəsi. Bu, o kəslərdir ki, ibadət və pərəstişdəki niyyətləri Allahdan həya etməkdir. Çünki yaxşı bilirlər ki, Allahın onların batinindən xəbərləri vardır. O şey ki, zehnlərindən keçirdirlər - Allah ondan agahdır.
 
4. Mutələzzizinlərin mərtəbəsi. Onlar o kəslərdir ki, dünya nemətlərindən çox, Allah ibadətindən ləzzət alarlar. Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam Sadiq (ə) buyurur: "Ən yaxşı insanlar o kəslərdir ki, ibadətə qarşı eşqləri olar. Qəlbində onu sevər. Bədəni ilə onu yerinə yetirər. Özünü onun üçün hər bir fikirdən azad edər. Bu insanın qorxusu olmaz ki, hansı şəraitdə yaşayır, çətinlikdədir, yoxsa narahatlıqda".
 
5. Muhibbinlərin mərtəbəsi. Onlar o kəslərdir ki, Allah ibadətində ən üstün dostluq məqamına çatıblar. Necə ki, İmam Əli (ə) buyurur: "Ey mənim Məbudum! Fərz edək ki, əzabına səbir etdim, bəs Sənin ayrılığına necə səbir edəcəyəm?!".
 
6. Ariflərin mərtəbəsi. Ariflər o kəslərdir ki, ibadətdə hədəfləri pərəstişə layiq olan Kamali Mütləqdir. İmam Əli (ə) buyurur: "Ey mənim Məbudum! Səni atəşinin qorxusundan və behişt tamahından ibadət etmirəm. Əslində Səni ibadətə yeganə layiq hesab etmişəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *