7,3 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,1 AZN
10 RUB = 0,28 AZN

описание


» » Xoş əxlaqın, səbirin, təqvanın Məsumlardan gələn izahı


Xoş əxlaqın, səbirin, təqvanın Məsumlardan gələn izahı

09.01.2018 22:10
admin

Həzrət Peyğəmbər (s) buyurur: "Üç şey vardır ki, hər kimdə olmazsa nə məndəndir, nə də Allah Təaladan".

Soruşurlar ki, onlar hansılardır?".

Milli.Az deyerler.org-a istinadən bildirir ki,  Həzrət (ə) buyurur: "Səbirdir ki, onun vasitəsilə nadanın cəhalətini dəf edər. Xoş əxlaqdır ki, onunla insanların arasında yaşayar. Təqvadır ki, onu Allaha itaətsizlikdən saxlayar".

Xoş olsun o insanların halına ki, bu 7 sifətə malikdirlər

İmam Səccad (ə) Peyğəmbərdən (s) nəql edir ki, sonuncu xütbəsində buyurmuşdur: "Xoş olsun o kəsin halına ki, xoş əxlaqlı və pak təbiətli olsun. Batinini islah edər, zahirini və rəftarını gözəl edər. Malının artığını başqalarına bağışlayar, sözünün artdığını saxlayar. İnsanlarla rəftarda insafa malik olar".

Səbirli insanın 3 nişanəsi

Əmirəl-möminin (ə) buyurur: "Səbrin imana nisbəti, başın bədənə nisbəti kimidir. Necə ki, bədənin başsız dəyəri olmaz, imanın da səbirsiz dəyəri olmaz".

Həzrət Peyğəmbər (s) buyurur: "Səbirli insanın üç nişanəsi vardır:

Əvvəl odur ki, süstlük etməz.

İkincisi budur ki, qəmgin olmaz.

Üçüncüsü budur ki, Allahına şikayət etməz.

Çünki əgər süstlük edərsə, haqqı zay etmiş olar. Əgər qəmgin olarsa, şükür etməz. Əgər Allahına şikayət edərsə, Ona günah etmiş olar".

Təqvanın 3 növü

İmam Sadiq (ə) buyurur: "Təqva üç cür olur:

Biri Allaha olan təqvadır və o da budur ki, münaqişə olan yeri tərk edəsən (barəsində nəzər ayrılığı olan şeyləri), o ki, qaldı şübhələrə. Bu, xasul-xas əhlinin təqvasıdır.

(İkincisi) Allahdan təqvadır və o da budur ki, şübhələri tərk edəsən, o ki, qaldı haramı tərk etməyə. Bu, xasların təqvasıdır.

(Üçüncüsü) Atəş və cəzadan qorxuya görə olan təqvadır və o da haramı tərk etməkdən ibarətdir. Bu, ümumi insanların təqvasıdır.

Təqvanın təfsiri ibarətdir - çətin olan şeylərdən amanda qalmaq üçün yerinə yetirilməsi çətin olmayan şeyləri tərk etməkdir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *