16,5 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,09 AZN
10 RUB = 0,3 AZN

описание


» » İşsizlərə sığorta ödənişinin verilməsi qaydası açıqlandı - TƏFƏRRÜAT - VİDEO


İşsizlərə sığorta ödənişinin verilməsi qaydası açıqlandı - TƏFƏRRÜAT - VİDEO

08.01.2018 22:14
admin

"İşsizlikdən sığorta haqqında" qanuna uyğun olaraq işsizlərə sığorta ödənişinin verilməsi qaydası təsdiqlənib.

Milli.Az bildirir ki, qaydaya əsasən, ödənişi almaq hüququna yalnız dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayının və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş və işsiz kimi qeydiyyata alınmış şəxslər malikdirlər.

Sığorta ödənişini almaq hüququna malik olan şəxslərin mütləq 3 illik sığorta stajı olmalıdır. İşsiz qalan vətəndaş 10 iş günündən gec olmayaraq dövlət məşğulluq xidmətinə məlumat verməlidir. Vətəndaş işlədiyi müddətdə işsizlikdən sığorta fonduna maaşından 0.5 faiz həcmində vəsait köçürür.

Sıgorta staji 3 ildən 5 ilə qədər olduqda vətəndaşa orta aylıq əmək haqqının 50, staji 5 ildən 10 ilə qədər olduqda - 55, staji 10 ildən yuxari olduqda - 60 faizi həcmində 6 ay ödəniş edilir.

Ödənişlər ilk 2 təqvim ayı üçün 100 faiz, 3-4-cü təqvim aylari üçün 80 faiz, 5-6-ci təqvim aylari üçün 70 faiz həcmində verilir.

Dövlət Məşğulluq Xidmətinin şöbə müdiri İsa Həsənov deyir ki, bu zaman ölkə üzrə orta aylıq əməkhaqqı həddi gözlənilməlidir.

Vətəndaş ilkin müraciətdən və sığorta ödənişini əldə etdikdən sonra yenə müraciət hüququna malikdir.

Qeyd edək ki, "İsizlikdən sığorta haqqında" qanun yanvarın 1-dən qüvvədədir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
İşsizlərə sığorta ödənişinin verilməsi qaydası açıqlandı - TƏFƏRRÜAT

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *