16,9 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,09 AZN
10 RUB = 0,3 AZN

описание


» » Bəzi qaz sayğacları hələ də sıfırlanmayıb - Səbəb nədir? - RƏSMİ - VİDEO


Bəzi qaz sayğacları hələ də sıfırlanmayıb - Səbəb nədir? - RƏSMİ - VİDEO

08.01.2018 22:20
admin

Yanvar ayının 8-i olmasına baxmayaraq, bəzi abonentlər hələ də mavi yanacaq üçün təyin olunan 1700 kubmetrlik limitin sıfırlanmadığını deyirlər. İddialara görə, bəzi sayğaclarda hələ də yeni limit açılmayıb. Yəni 2017-ci ildə limiti keçən sayğaclarda hər kubmetr qaz sərfiyyatı üçün kartın balansından 20 qəpik silinir. Halbuki, hər bir abonentə yanvar ayının birindən yeni limit açılmalı idi.

Milli.Az bildirir ki, məsələyə ilə bağlı ''Azərqaz'' İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalıyev deyib ki, bunun əsas səbəbi 2017-ci ildə karta yüklənən məbləğin hələ də bitməməsidir.

O ki qaldı mexaniki qaz sayğaclarında yeni limitin hansı qaydada açılması məsələsinə, İbrahim Kərbalıyev bildirib ki, artıq ölkə üzrə bütün mexaniki sayğacların yeni limitə keçməsi tam təmin olunub.

Qeyd edək ki, 2017-ci ildə mexaniki qaz sayğacı ilə təmin olunan abonentlərin cəmi 20%-i ayrılmış illik limiti keçib. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bəzi qaz sayğacları hələ də sıfırlanmayıb - Səbəb nədir? - RƏSMİ

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *