16,9 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,09 AZN
10 RUB = 0,3 AZN

описание


» » Bakı metrosunda intihar edənin kimliyi müəyyənləşib - YENİLƏNİB


Bakı metrosunda intihar edənin kimliyi müəyyənləşib - YENİLƏNİB

08.01.2018 23:24
admin

23:24

Bakıda "Ulduz stansiyasında" intihar edənin kimliyi müəyyənləşdirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, intihar edən 1995-ci il təvəllüdlü Gəncə şəhər sakini Mustafazadə Rəşad Əlixan oğludur.

---------

22:49

Bakı metrosunda intihar hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, hadisə Həzi Aslanov - İçərişəhər marşrutu uzrə hərəkət edən 15 saylı sərnişin qatarı Ulduz stansiyana daxil olarkən baş verib.

Qatar stansiyaya daxil olarkən şəxsiyyəti hələlik məlum olmayan 20-25 yaşlı oğlan özünü qatarın altına atıb.

Nəticədə oğlan dünyasını dəyişib. Xətdəki gərginlik ayrılıb, intihar edən şəxsi cənazəsi relslərin üzərindən götürülüb.

Qatarların hərəkətində 20 dəqiqəlik fasilə yaranıb, hazırda qatarların hərəkətində heç bir problem yoxdur.

Nəsimi Paşayev həmçinin qeyd edib ki, hazırda hüquq mühafizə orqanları hadisə yerdindədir, intihar edənin şəxsiyyəti müəyyənləşdirilir.

---------

22:34

Metronun Həzi Aslanov - İçərişəhər xəttində qatar tuneldə qalıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, "Koroğlu" stansiyasından "Ulduz" stansiyasına gedən qatar stansiyaya daxil olarkən dayanıb.

Qatarın yarısı platformada, yarısı isə tuneldə qaldığı üçün qapılar açılmayıb və sərnişinlər də içəridə qalıb.

Bu qatar dayandığı üçün arxadan gələn digər qatarlar da hərəkəti dayandırıb. Bəziləri tuneldə qalıb.

Nasazlığın səbəbi bilinmir.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *