13,8 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » Ölümdən sonra dirilmə necə olacaq?


Ölümdən sonra dirilmə necə olacaq?

07.01.2018 23:40
admin

Qiyamət günü Uca Allah çürümüş cəsədləri yenidən dirildib əvvəlki halına salacaq və ruhları bədənlərə qaytaracaqdır. Daha sonra isə haqq-hesaba çəkilsinlər deyə onları məhşərə aparacaqdır. Uca Allah buyurur: "O Bizə bir məsəl çəkdi, lakin yaradılışını unutdu. O dedi: "Çürümüş sümükləri kim dirildə bilər?" De: "Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O, hər bir məxluquna yaxşı bələddir" (Ya sin, 78-79).
Peyğəmbər - sallallahu aleyhi və səlləm - demişdir: "Bir adamın ölüm vaxtı gəlib çatmışdı. Adamın artıq yaşamaqdan ümidi kəsildikdə ailəsinə belə bir vəsiyyət etdi: "Mən öldükdən sonra çoxlu odun yığıb od qalayarsınız, (sonra da məni bu odda yandırarsınız). Elə ki od mənim ətimi yandırıb sümüyümə çatdı və sümüyümü yandırıb-yaxdı, onları götürün və ovxalayıb toza döndərin, sonra küləkli bir günü gözləyin və həmin tozu dənizə sovurun." Onlar onun vəsiyyətini yerinə yetirdilər. Lakin Qiyamət günü Allah onu əvvəlki görkəminə qaytardı və ondan: "Nə üçün belə etdin?"- deyə soruşdu. O: "Səndən qorxduğum üçün!"- deyə cavab verdi. Allah da onu bağışladı."
Milli.Az zikr.az-a istinadən bildirir ki, bu kimi hədislər sübut edir ki, Uca Allah bədənləri yenidən xəlq edərək dirildəcək və ruhları onlara qaytaracaqdır. Bu Onun üçün çox asandır və O, hər şeyə qadirdir. Həmçinin, Peyğəmbərin hədislərində dirilmənin necə olacağı da göstərilir və bildirilir ki, Uca Allah yerə su endirəcək və ot bitdiyi kimi insanlar da qəbirlərindən çıxacaqlar.
Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər demişdir: "Surun birinci üfü­rül­məsindən ikinci üfürülməsinədək qırx keçəcək." Bəziləri (Əbu Hureyra­dan): "Qırx gün?"- deyə soruşdular. O cavab vermədi. "Qırx il?"- deyə so­ruşdular. Ye­nə cavab vermədi. "Qırx ay?"- deyə soruşdular. Yenə cavab ver­­mədi. Sonra o dedi: "İnsan öldükdən sonra onun bütün cəsədi çürüyür. Yalnız büzdüm sümüyündən başqa. Qiya­mət günü yaradılış məhz ondan başlayacaqdır" (əl-Buxari, 4814). Büzdüm sümüyü onurğanın qurtaracağını təşkil edən sümükdür.
      Bu hədis dirilmənin necə olacağını göstərir. İnsanları öldürən birinci surla ikinci dirilmə suru arasında qırx vardır. Bəzi rəvayətlərdə zamanın qırx il olduğu bildirilir. Sonra Allah göydən yağmur endirərək insanları dirildəcək. İnsanlar da yerdən ot bitdiyi kimi çıxacaqlar. İnsan öləndə onun büzdüm sümüyündən başqa bütün sümükləri çürüyür. Lakin bu, peyğəmbərlərə aid deyildir. Belə ki, onların bədənləri çürümür. Bununla da ölümdən sonra dirilmənin vaxtı və keyfiyyəti bizə bəlli olur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *