10,7 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,11 AZN
10 RUB = 0,28 AZN

описание


» » Axirət həyatında ölüm varmı?


Axirət həyatında ölüm varmı?

07.01.2018 23:55
admin

Milli.Az zikr.az-a istinadən bildirir ki, Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - "Sən onları işin bitmiş olacağı peşmançılıq günü ilə qorxut! İndi onlar hələ qəflətdədirlər və iman gətirmirlər" (Məryəm, 39) ayəsi haqqında belə demişdir:
"Qiya­mət gü­nü ölüm ağlı-qaralı, buynuzlu qoç şəklində gətiriləcək.
Sonra carçı: "Ey Cən­nət əhli!"- deyə çağıracaq. Cən­nət əhli başlarını qaldırıb ona tərəf ba­xa­caq­lar.
Carçı: "Bunu tanı­yırsınızmı?"- deyə soru­şacaq.
Onlar: "Bəli, bu ölüm­dür!"- deyə cavab verəcək­lər. Çünki onların hamısı ölümü görmüşdülər.
Sonra carçı: "Ey Cəhənnəm əhli!"- deyə səsləyəcək. Cəhənnəm əhli baş­larını qaldırıb ona tərəf baxacaqlar.
Carçı: "Bunu tanıyırsınızmı?"- deyə so­ru­şa­caq.
Onlar: "Bəli, bu ölümdür!"- deyə cavab verə­cəklər. Çünki onların ha­mı­sı ölümü görmüş­dülər. Bundan sonra ölümün başını kəsəcəklər. Sonra on­la­ra deyilə­cək: "Ey Cənnət əhli, siz əbədi yaşayacaq və heç vaxt ölməyə­cək­si­niz! Ey Cəhənnəm əhli, siz də əbədi yaşa­yacaq və heç vaxt ölmə­yə­cək­si­niz!"
Sonra Peyğəmbər:
"Onları işin bitmiş olacağı peşmançılıq günü ilə qor­xut! Çün­ki onlar qəflətdədirlər..." ayəsini oxudu və: "Bu dün­ya­nın sa­kin­ləri xəbər­siz­dirlər"- dedi, sonra da davam etdi və: "və iman gətir­mir­lər"- deyərək ayəni tamam­ladı." (əl-Buxari, 4730)

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *