14,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,08 AZN
10 RUB = 0,3 AZN

описание


» » Qüsl aldıqda sabundan istifadə etmək olarmı?


Qüsl aldıqda sabundan istifadə etmək olarmı?

07.01.2018 21:20
admin

Dəstəmaz və qüsl aldıqda sabundan və ya şampundan istifadə etmək olmaz, çünki sabunlu su təmiz olsa da, suyun tərkibini dəyişir və bu ayinləri yerinə yetirmək üçün uyğun deyil. Qüsl almamışdan qabaq sabundan və ya şampundan istifadə edərək təmizlənəndən sonra "Bismilləh" deyib, ağızı və burunu yaxalayandan sonra qüsl almaq lazımdır. Daha ətraflı: Qüsl necə alınır və onu pozan amillər hansılardır?
Milli.Az zikr.az-a istinadən bildirir ki, əgər qadının vəlilərindən heç biri müsəlman deyilsə, bu zaman yaşadığı yerdə qazi və tanınmış bir məscid imamı vəlilik edə bilər.
Allahın hökmü ilə hökm verməmək həm böyük küfr, həm də kiçik küfr ola bilər. Sadəcə bəzi elmsizlər bu barədə olan ayə və hədisləri yanlış anlayaraq, Allahın hökmü ilə hökm verməyənlərin mütləq olaraq kafir olduğunu düşünürlər. Bu fikrin də batil olduğunu səhabələr və böyük alimlər öz kitablarında bəyan etmişlər. Bəzi qaydalar var ki, yalnız onlara əsasən hakim müəyyən hallarda kafir olur. Yəni, Allahın hökmü ilə hökm verməyin vacibliyini inkar etdikdə, yaxud şəriəti alçaldaraq və ya təkəbbürlük üzündən onu tətbiq etmədikdə kafir olur. Əgər o, İslam şəriəti ilə hökm verməyin vacibliyini inkar edərsə, yaxud digər qoyulma qanunlarla hökm verməyi icazəli görərsə, yaxud şəriətin naqis olduğunu və yaxud müasir zəmanəyə münasib olmadığını zənn edərsə və ya digər qanunlarla şəriət qanunlarını eyni tutarsa, belə halda o İslamdan tam çıxmış olar. Alimlərin hamısı bu qayda üzərində getmiş və yalnız dediyimiz halda hakimi kafir saymışlar. İndi isə bunun təsdiqi olaraq onların sözlərindən bəzi sitatlara nəzər salaq: Əli ibn Abu Talhə, İbn Abbasdan (Allah onlardan razı olsun) rəvayət edir ki, İbn Abbas "...Allahın nazil etdiyi ilə hökm verməyənlər - məhz onlar kafirlərdir". (əl-Maidə, 44) ayəsi haqqında belə dedi: "Kim Allahın endirdiyini inkar edərsə artıq küfr etmiş olur və kim Allahın endirdiyini iqrar edərsə və lakin onunla hökm verməzsə zalım, yaxud fasiq olar".
İmam Əhməddən (Allah ona rəhmət etsin) bu ayədə deyilən küfr haqda soruşduqda belə cavab vermişdir: "Bu küfr sahibini İslamdan çıxardan küfrdən deyildir. İmanın mərtəbələrinin biri digərindən aşağı olduğu kimi, küfrün də mərtəbələri elədir. Belə adam yalnız bir halda, bu hökmü halal görərsə, o zaman deyilənlər ona tətbiq olunar". (Bax: Əbu Davud əs-Sicistani "Sualat" kitabı səh: 114; İbn Teymiyyə "Məcmu əl-Fətava", 7/254; İbn əl-Qeyyim "Hukmu Tərikus-Salət" kitabı səh: 59-60; İbn Batta əl-Əbkəri "əl-İbanə" kitabı, 2 723, "Sahibini İslamdan çıxarmayan günahlar" fəsli).

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *