11,3 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,96 AZN
10 RUB = 0,26 AZN

описание


» » Azərbaycanlıların qohum qız alma sevdasının


Azərbaycanlıların qohum qız alma sevdasının

07.01.2018 21:35
admin

Dünyada qohum evlilikləri ilə illərdir aparılan mübarizə öz nəticəsini göstərsə də, Azərbaycanda hələ də azalmaq bilmir. Əsasən rayon yerlərində hamı özünün yaxın qohumunun qızını gəlin olaraq evinə gətirməyə çalışır. Yaxın qohum olmadıqda isə, uzaq da olsa, oğlunu "özününkülərdən" biri ilə evləndirir. Lakin ailələr təkrak-təkrar qan bağı olan evliliklərdən dünyaya gələcək uşaqların qüsurlu ola bilmə ehtimalını qulaqardı edir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, araşdırmalar göstərir ki, yad insanların evliliyi zamanı uşaqların qüsurlu doğulma riski 2-4 faizdirsə, qohum evliliklərində bu göstərici 4-8 faizdir. Dünyanın bəzi ölkələrində genofondun təmizliyini təmin etmək məqsədilə qohum evliliyi təmamilə qadağan edilib. Almaniya, ABŞ-ın 24 ştatında əmiqızı-əmioğlu evliliyi təmamilə yolverilməzdir. ABŞ-ın bəzi ştatlarında qohum evliliyi 56%- təşkil edir. Bu göstərici Küveytdə 54,3%, Türkiyədə 26,8% təşkil edirsə, İngiltərədə 0,56%-dir.

Qohum evlilikləri ilə bağlı danışan ginekoloq Zalxa Osmanova bildirib ki, dünyaya sağlam uşaq gətirmək üçün mayalanmada iştirak edən, genetik informasiyanı daşıyan hüceyrələr sağlam olmalıdır:

"Çünki mayalanmanı 50 faiz kişi hüceyrəsi, 50 faiz isə qadın xromosomları təşkil edir. Qohum nikahlarında daha çox genetik xəstəliklərin, eybəcərliklərin, inkişaf etməyən hamiləliklərin, qüsurlu uşaqların doğulması məhz bununla bağlıdır. Yəni bizim genetik informasiyanı daşıyan hüceyrələrdə hansı xəstəliklərin olub-olmaması ilə əlaqəlidir. Qohum olduğu zaman artıq bizim ulu babamızın genində olan informasiya bölünüb bütün uşaqlara paylanılır. Yəni bir baba, yaxud nənənin xromosomlarında olan məlumat bütün övladların hüceyrələrinə bölünür, hətta bir-iki nəsil sonra belə əgər qohumluq əlaqəsi varsa, bu xəstəliyi daşıyan hər iki fərddə artıq xəstə övladın olma faizi yüksəlir".

Mütəxəssis əlavə edib ki, gendə olan hansısa bir xəstəlik doğulacaq bütün uşaqlarda rast gəlinə bilər. Nəvədə isə bu genlər daha da çoxalır.
 
"Bu qohumluqdan iki nəfər evlənərsə, sözsüz ki, bunların xəstə övladının olma faizi daha yüksək olacaq. Amma nəsildən hər hansısa xəstəliyi daşıyan fərd, başqa nəsildən biri ilə evləndiyi zaman orda bu xəstəliyin təkrarlanma faizi olmur, yaxud çox aşağı olur", - deyə Z. Osmanova vurğulayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *