13,8 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » Baş beyinin şişlərində ümümbeyin əlamətləri


Baş beyinin şişlərində ümümbeyin əlamətləri

07.01.2018 21:45
admin

Arxa kəllə çuxurunun,beyin mədəciklərinin şişləri zamanı kəllədaxili təzyiqin yüksəlməsi,gicgah payının şişlərində likvor dövranının pozulması müşahidə edilir.
1 Ümumbeyin əlamətlərinin ilkin göstəricisi başağrısıdır. Milli.Az immunitet.az-a istinadən bildirir ki, başağrısı beyin şişlərinin ilkin əlamətlərindən olub,kəllədaxili təzyiqin olması isə əlaqələndirilir.Beyin şişləri zamanı ağrının lokalizasiyası olmaya bilər.Çünki,baş ağrıları üçlü,azan və dil-udlaq sinirləri ilə innervasiya olan beyinin sərt qişasının və damar divarının qıcıqlanması nəticəsində də baş verə bilir.Bundan başqa baş ağrıları sümüklərin diploik damarlarında venoz qan dövranının pozulması nəticəsində də əmələ gələ bilir.Beyin şişləri zamanı kəllədaxili təzyiq sindromu üçün ağrıların səhərlər olması xarakterik sayılır.Getdikcə ağrılar güclənir,daimi olur.Ağrıların başın hansısa bir hissəsində olması şişin həmin tərəfdə olmasını bildirir.
2 Kəllədaxili təzyiqin yüksəlməsinin xarakterik əlıamətlərindən biri qusmadır.Qusma çox vaxt baş ağrısının güclü olduğu vaxtlarda və dəfələrlə olur.
3 Ümumbeyin əlamətlərindən biri də görmə sinirinin məməciyində durğunluq əlamətlərinin olmasıdır.Bu hal gərginlik və fiziki iş zamanı daha da artır.
4 Epileptik tutmalar ümumbeyin əlaməti olub şişin yerləşdiyi yerdən asılı olur.
5 Süstlük,əzginlik,yaddaşın zəifləməsi,əmək qabiliyyətinin aşağı düşməsi,əsəbilik kimi psixi pozulmalar ümumbeyin əlaməti olub kəllədaxili təzyiqin yüksəlməsi səbəbindən yarana bilir.
6 Başgicəllənməsi labirintdə gedən durğunluq prosesinin nəticəsi olaraq özünü biruzə verir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *