10,7 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,11 AZN
10 RUB = 0,28 AZN

описание


» » Sürücülük vəsiqəsi olmayan sürücü 20 nəfərin ölümünə səbəb olacaqdı -


Sürücülük vəsiqəsi olmayan sürücü 20 nəfərin ölümünə səbəb olacaqdı -

07.01.2018 18:03
admin

Yanvarın 6-da, saat 17:00 radələrində Zığ şossesində 175 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən "99 XM 581" dövlət qeydiyyat nişanlı sərnişin avtobusu yoldan kənara çıxaraq dərəyə aşıb.

Hadisə nəticəsində 20 nəfər sərnişin xəsarət alıb. Qəzanı törədən sürücü hadisə yerindən qaçsa da, sonradan polis tərəfindən saxlanılıb. 

Milli.Az minval.info-ya istinadən xəbər verir ki, qəza törədən şəxsin sürücülük vəsiqəsi olmayıb. Sürücü Ağayev Kamran Hüseynağa oğlu Cinayət Məcəlləsinin 180.2.2-ci (soyğunçuluq) maddəsi ilə məhkum olunmuş və nəqliyyat vasitələrini idarə etmək hüququ yoxdur. Buna baxmayaraq o, uzun müddətdir ki, sürücü işləyirmiş.

Kiçik araşdırmamız zamanı məlum oldu ki, 175 nömrəli müntəzəm şəhərətrafı marşrut xətti üzrə sərnişindaşıma xidməti göstərən daşıyıcı ilə bağlanan müqaviləyə ötən ilin avqust ayında Bakı Nəqliyyat Agentliyi tərəfindən xitam verilib.

Bununla bağlı agentlik həmin dövrdə bu açıqlamanı verib: "175 nömrəli müntəzəm şəhərətrafı marşrut xətti üzrə fəaliyyət göstərən avtobusların texniki cəhətdən istismara yararsız olması, onlara vaxtı-vaxtında texniki xidmәt göstәrilmәməsi, texniki cәhәtdәn nasaz olan nәqliyyat vasitәlәrinin reysə buraxılması, avtobusun öz istismar müddətini tamamilə başa vurması, avtobusun salonunun natəmizliyi, oturacaqların yararlı vəziyyətdə olmaması qeyd olunan marşrutdan istifadə edən sərnişinlərin ciddi narazılığına səbəb olurdu. Sərnişinlərin Bakı Nəqliyyat Agentliyinin "ALO 141" Çağrı Mərkəzinə etdiyi (ümumilikdə 157 müraciət) müraciətlər, həmçinin, Agentliyin əməkdaşları tərəfindən aparılan monitorinqlər əsasında 175 nömrəli marşrut üzrə sərnişindaşıma xidmətinin mövcud tələblərə əməl olunmadan, daşıyıcı şirkət tərəfindən marşrut xəttinə istifadəyə yararsız və texniki cəhətdən nasaz avtobuslar buraxılmaqla həyata keçirilməsi müəyyən edilib. Dəfələrlə Agentlik tərəfindən müvəqqəti istismarı həyata keçirən daşıyıcı şirkətə edilən yazılı və şifahi xəbərdarlığa baxmayaraq, daşıyıcı şirkət tabeliyində olan nəqliyyat vasitələrinin yenilənməsi istiqamətində hər hansı ciddi addım atmayıb. Məhz qeyd edilən amillər nəzərə alınaraq, 175 nömrəli xətt üzrə müvəqqəti istismarı həyata keçirən daşıyıcı ilə olan müqaviləyə xitam verilərək xətt üzrə müvəqqəti sərnişindaşımanı həyata keçirmək digər daşıyıcıya həvalə olunub.

Dəyişiklikdən əsasən, 01.09.2017 tarixindən 175 nömrəli xətt üzrə sərnişindaşımada əsaslı təmir edilmiş avtobuslardan istifadə olunacaq. Yeni daşıyıcıya avtobuslararası intervala ciddi riayət edilməsi, sürücülərin müəyyən olunmuş təlimatlara əməl etməsi, həmçinin, müvəqqəti sərnişindaşımanı müvafiq qanunverciliyin tələblərinə uyğun olmaqla təşkil edilməsi ilə bağlı ciddi tapşırıqlar verilib".

Maraqlıdır ki, düzgün xidmət olmadığı üçün 175 nömrəli xətt üzrə sərnişindaşıma xidməti digər daşıyıcıya verilib. Bu daşıyıcı da sürücülük hüququ olmayan şəxsə onlarla insanın canının tapşırıb və nəticədə 20 nəfər xəsarət alıb. Həmin daşıyıcı şirkət haqqında heç bir məlumat yoxdur. Ümumiyyətlə sürücülük vəsiqəsi olmayan birini işə götürmüş şirkətin adı rəsmi açıqlamalarda hallanmır.

Hansı ki, sürücü qədər onlar da bu qəzaya görə, məsuliyyət daşıyırlar. Daşıyıcı şirkət Bakı şəhər Baş Polis İdarəsi və şəhər Prokurorluğunun "Sürücünün nəqliyyat vasitələrini idarə etmək hüququ yoxdur" açıqlamasına da reaksiya verməyib.

Bakı Nəqliyyat Agentliyindən sürücünün işə qəbul olunması ilə bağlı heç bir məsuliyyət daşımaqlarını bildiriblər: "Mövcud qanunvericiliyə əsasən, sürücülərin işə qəbulu daşıyıcılar tərəfindən həyata keçirildiyindən Bakı Nəqliyyat Agentliyi prosesə müdaxilə etmir. Bu isə sərnişin avtobuslarının qeyri-peşəkar sürücülər tərəfindən idarəedilməsinə şərait yaradır.

Bir daha bildiririk ki, sərnişinlərin təhlükəsizliyi və rahatlığı Bakı Nəqliyyat Agentliyinin önəm verdiyi əsas məsələlərdəndir. Sərnişinlərin təhlükəsizliyi ilə bağlı qoyulan tələblərə əməl etməyən, bu işdə səhlənkarlığa yol verən şəxslər marşrut şəbəkəsindən kənarlaşdırılacaq".

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *