9,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,11 AZN
10 RUB = 0,28 AZN

описание


» » Epilepsiyanın müalicəsi necə olur?


Epilepsiyanın müalicəsi necə olur?

06.01.2018 22:45
admin

Epilepsiyanın müalicəsinın konsepsiyası aşağıdakılara əsaslanır:
- müəyyən rejimə əməl olunmasına
- psixoterapiyadan
- dərman müalicəsindən
- əmək fəaliyyətinin düzgün təşkilindən
Milli.Az immunitet.az-a istinadən bildirir ki, epilepsiyalı xəstələrə ətraf mühitin bir sıra amilləri mənfi təsir edir.Bu amillərə ağır fiziki iş,günəş şüaları,gecə növbəsi zamanı işləmək və s. aiddir.Bu səbəblərdən də xəstələrin müvafiq işlə təmin olunması vacib sayılır.Ona görə də belə xəstələrin işləməsi üçün seçilən peşə reabilitasiya məqsədi daşımalıdır.
Epilepsiyalı xəstələrin xüsusi qidalanma rejiminə,pəhriz ehtiyacı yoxdur.Lakin,onlara spirtli içkilərin qəbul edilməsi qəti qadağandır.Spirtli içkilər xəstəliyin vəziyyətini ağırlaşdırır,tutmaları baş verməyə təhrik edir.Həkimlər epilepsiyalı xəstələrə kəskin,turş və ədviyyatlı qidalardan uzaq durmağı məsləhət biilir.Xəstələrin yuxu rejimi düzgün təşkil edilməlidir.Psixoterapiyanın tətbiqi,autogen məşqlər xəstəliyin gedişatını yüngülləşdirir.
Epilepsiyalı xəstələrə dərmanların tətbiqi həkimin məsləhəti ilə onun ailəsiylə məsləhətləşdikdən sonra təyin edilir.
Həkim xəstəyə dərman tətbiq edərkən tutmanın növünü təyin edir və ona uyğun müalicə təyin edir.Xəstələrə qıcolma əleyhinə dərmanlar təyin edilir və müalicənin effekliliyi nəzarət altında saxlanılır.
Qıcolmaların müalicəsi zamanı ən çox finlepsin,stazepin və ya teqretol təyin edilir,xəstənin yuxusu nəzarət altında saxlanılır.Bu dərmanların qəbulu emosional dayanıqsızlıq,yuxululuq,gec yuxuya getmə,diqqət toplamağın çətinləşməsi,allergik əlamətlər,lüeykopeniya və trombositopeniya baş verə bilir.Qıcolma əleyhinə dərman preparatlarının qəbulu zamanı ayda bir dəfə qanın klinik analizi və qara ciyər sınaqlarının aparılması tövsiyə edilir.
Səbəbi məlum olmayan eplepsiya tutmalarına depaqin təyin edilir.Depaqin uşaqlara şərbət,böyüklərə isə tablet şəklində təyin edilir.Depaqin beyin toxumasında,onurğa beyin mayesində və hipotalamusda çoxlu miqdarda valproy turşusu və natrium duzunun toplaması ilə epilepsiyanın müalicə effektliyini təmin edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *