13,8 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » Alimlər kefirlə yeyilməsi məsləhət olmayan qidaları araşdırıblar


Alimlər kefirlə yeyilməsi məsləhət olmayan qidaları araşdırıblar

06.01.2018 23:25
admin

Rus alimləri, diyetoloqlar və düzgün qidalanma üzrə mütəxəssislərin apardıqları birgə araşdırmalardan kefirlə bərabər istifadə olunan bəzi qidaların sağlamlıq üçün təhlükəli ola biləcəyi bəlli olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, burada əsas məsələ turş süd məhsullarının digər qidalarla birgə düzgün istifadə olunmadığı təqdirdə bağırsaqlarda yaranabiləcək bir sıra problemlərdir. Diyetoloqlar kəsmik, kefir, qatıq, yoqurt və digər bu kimi süd məhsullarını bir sıra digər qidalarla qarışdırmağı məsləhət görmürlər.

Misal üçün alimlər xiyar, üzüm, göbələk, tropik meyvə olan manqonun kefirlə istifadəsini düzgün hesab etmirlər. Belə ki, bu ərzaqların adıgedən süd məhsulu ilə birgə istifadəsi mədədə həzm prosesini pozur. Bununla yanaşı moruq, qarağat və armudun da kefirlə yeyilməsi məsləhət deyil.

Bunların əksinə olaraq turş süd məhsullarının darçınla istifadəsi məsləhət görülür ki, bu da həzm prosesini yaxşılaşdırır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *