8 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » Qarin ağrısı bir çox xəstəliyin ilk əlaməti ola bilər


Qarin ağrısı bir çox xəstəliyin ilk əlaməti ola bilər

06.01.2018 23:40
admin

İnsanlara fiziki və psixoloji təsir göstərən ağrı bir çox xəstəliyin ilkin əlamətidir. Demək olar ki, ağrı təbabəti inkişaf etdirən amillərdəndir. Təbabətin əsas nailiyyəti ağrının aradan götürülməyi ilə əlaqədardır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının həkim-qastroenteroloqu İlhamə Əmiraslanova abdominal (qarın) ağrılar barədə universitetin mətbuat xidmətinə məlumat verib.

İ.Əmiraslanova deyib: "Qarında ağrı sindromu, yəni abdominal ağrı kliniki praktikada qarın boşluğunda yerləşən orqanların əksər xəstəlikləri ilə bağlıdır. Abdominal ağrı müxtəlif səbəblərdən yarana bilər. Burada əsas məqsəd ağrını differensasiya etməkdir. Bu narahatçılıq adi köpmə nəticəsində yarandığı kimi ciddi patoloji prosesin simptomu da ola bilər. Adətən bir neçə saniyədən 2-3 dəqiqəyə qədər uzanan ağrı narahatçılığa səbəb olmamalıdır. Bu ağrılar əsasən visseral və somatik olur. Visseral ağrı boş orqanların divarlarında yerləşən sinir uclarının qıcığı nəticəsində əmələ gəlir. Bunlar həmin orqanın spazmı və ya genişlənməsi ilə bağlı ola bilər. Bu ağrıların intensivliyi və yayılma xarakteri müxtəlifdir. Somatik ağrı isə onurğa beynindən çıxan peritonu innervasiya edən sinir uclarının qıcıqlanması nəticəsində meydana çıxır. Visseral ağrılara əks olaraq somatik ağrılar mütəmadi, müəyyən lokalizasiyalı, peritonun ön divarının əzələ gərginliyi ilə müşayiət olunur, kəsici xarakter daşıyır, hərəkət və tənəffüs zamanı artır.

Qarın ağrısına səbəb olan narahatlıqlar və patoloji hallar bir sıra xəstəliklərlə əlaqəlidir. Bura qarın boşluğu orqanları, mədə və 12-barmaq bağırsaq, qaraciyər, öd yolları, mədəaltı vəz, bağırsaqlar və dalağın funksional və ya orqanik xəstəlikləri, eləcə də qida toksikoinfeksiyası, peritonun iltihabı, zədələnməsi, böyrək və sidik yollarının xəstəlikləri, qarın boşluğunda yerli arterial qan dövranının pozulması, bəzi sinir sisteminin, onurğa sütununun və birləşmə toxumanın diffuz xəstəlikləri, revmatizm kimi problemlər aiddir.

Qarında yaranan patologiyalardan ən çətin müalicə olunan və eyni zamanda ağrı verməyən xərçəng xəstəliyidir.

Qarın ağrısı zamanı ağrıkəsicilərdən, isidicilərdən, imalələrdən qəti istifadə etmək olmaz. Belə ki, bu simptomun həkim müayinəsindən əvvəl aradan götürülməsi səhv diaqnozun qoyulmasına və ciddi fəsadlara səbəb ola bilər. Lakin bunun əksinə ağrı hiss olunduqda buz tətbiq etmək olar.

Ümumiyyətlə qarın nahiyəsində ağrı hiss etdikdə ilk növbədə həkimə müraciət etmək məsləhətdir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *