-1,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,94 AZN
10 RUB = 0,26 AZN

описание


» » Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Cocuq Mərcanlıda aksiya keçirib - FOTO


Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Cocuq Mərcanlıda aksiya keçirib - FOTO

06.01.2018 14:19
admin

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası bu gün Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində humanitar aksiya keçirib.

Milli.Az xəbər verir ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi təşkilat bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva Trend-ə bildirib ki, 2005-ci ildən indiyədək Səyyar Klinika respublikanın rayon və şəhərlərində 125 aksiya keçirib.

O bildirib ki, Mərkəzin Azərbaycanın rayon və şəhərlərində həyata keçirdiyi tibbi aksiyalar ölkədə səhiyyə ilə bağlı reallaşdırılan layihələrin tərkib hissəsidir: "Aksiyaların keçirilməsində məqsəd pasiyentlərin səhhətləri ilə bağlı olan problemlərin həllinə kömək göstərmək, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə etmək və problemlərin həllinə çalışmaqdır".

Y.Abdiyeva qeyd edib ki, müəyyən səbəblərə görə, insanların Bakıya gələrək müayinə olunması mümkün olmur: "Bu məqsədlə də Mərkəzin ən yüksək texnologiya ilə təchiz olunan Səyyar Klinikası yerli sakinlərə xidmət göstərir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *