-1,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,94 AZN
10 RUB = 0,26 AZN

описание


» » Luiza Sello Bakıda Yeni il konserti ilə çıxış etdi


Luiza Sello Bakıda Yeni il konserti ilə çıxış etdi

06.01.2018 15:22
admin

Bakı Beynəlxalq Muğam Mərkəzində İtaliyalı musiqiçi Luiza Sellonun Yeni il performansı keçirildi.

Luiza Sello İtaliyanın möhtəşəm fleyta ifaçısı, Dünyada İtaliya musiqisi və mədəniyyətinin səfiridir. O, Bakılı izləyicilərin qarşısında Yeni il bayramı ilə əlaqədar xüsusi proqramla çıxış etdi. Rəngarəng və parlaq konsert Beynəlxalq Muğam Mərkəzi, United Cultures tərəfindən təşkil olunaraq İtaliya Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi və Friulia-Venezia-Giuliya regionunun patronajlığı altında həyata keçirildi. 

Bakının özünəməxsus Yeni il abu-havasına uyğun olaraq, konsertin proqramı çox möhtəşəm və zəngin nəzərdə tutulmuşdu. Belə ki, performans həm dünyaca məhşur, dahi klassik musiqi bəstəkarlarından olan Cakino Rossini, Jorj Bize, V.A. Mosartın kompozisiyalarını, həm də müasir dövrün bəstəkarlarından olan Ennio Marikone və Valter Silviottinin musiqilərini əhatə etdi.

Bundan əlavə, Luiza Sello, Stefano Muskaritolo və Kamalə Əlizadənin məhz bu konsert üçün bəstələdikləri musiqi parçalarını azərbaycanlı musiqiçilər ilə birlikdə ifa etdi. Bu kompozisiyalardan birinin Azərbaycanlı kontr-tenor olan İlham Nəzərov tərəfindən ifa olundu.

Luisa Sello, tarzən Sahib Paşayev ilə birlikdə tamaşaçılara Kamala Əlizadə və Stefano Muskaritolo tərəfindən tərtib olunmuş, xüsusi İtaliya və Azərbaycan etnik ənənələrini özündə əks etdirən parçalardan ibarət musiqi sintezini də təqdim etdi.

İnformasiya dəstəyi -  Trend.az, Day.Az, Milli.Az, Azernews.az

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *